Keçidin yaxınlığında öz həyatlarını təhlükəyə atan piyadalar VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda piyadaların yol hərəkəti qaydalarını pozaraq öz həyatlarını riskə atdıqları anlar kameraya düşüb. Avtosfer.az xəbər verir ki, görüntülər iki ayrı məkanda qeydə alınıb.
Belə ki, Lev Landau küçəsində (Hüseyn Cavid parkının qarşısında) lentə alınan videoda orta yaşlı bir kişinin piyada keçidinə yaxın ərazidə, lakin nəzərdə tutulmamış yerdən yolu keçdiyi görünür.
Digər hadisə isə Atatürk prospektində baş verib. Burada, yerüstü piyada keçidinin olmasına baxmayaraq, yaşlı bir kişi yolun müəyyən olunmamış hissəsindən qarşı tərəfə keçib, daha sonra isə geri qayıdıb.
Təəssüf ki, hər iki halda piyadalar təhlükəsiz keçid imkanları mövcud olduğu halda qaydaları pozaraq öz həyatlarını təhlükə altına atıblar.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 14 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















