Keçidin yaxınlığında qayda pozan piyadalar biri TANINMIŞ POLİTOLOQDUR VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda piyadaların yol hərəkəti qaydalarını pozaraq öz həyatlarını riskə atdıqları anlar kameraya düşüb. Avtosfer.az xəbər verir ki, görüntülər iki ayrı məkanda qeydə alınıb.
Belə ki, Lev Landau küçəsində (Hüseyn Cavid parkının qarşısında) lentə alınan videoda orta yaşlı bir kişinin piyada keçidinə yaxın ərazidə, lakin nəzərdə tutulmamış yerdən yolu keçdiyi görünür.
Digər hadisə isə Atatürk prospektində baş verib. Burada, yerüstü piyada keçidinin olmasına baxmayaraq, yaşlı bir kişi yolun müəyyən olunmamış hissəsindən qarşı tərəfə keçib, daha sonra isə geri qayıdıb.
Təəssüf ki, hər iki halda piyadalar təhlükəsiz keçid imkanları mövcud olduğu halda qaydaları pozaraq öz həyatlarını təhlükə altına atıblar.
Qeyd edək ki, videodakı qayda pozan 1-ci piyada tanınmış politoloq İlyas Hüseynovdur.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 14 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















