Keçirtdiyim həmin ağrılı hissləri heç kim bilmirdi
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əməkdar artist Lalə Məmmədova illər əvvəl oxuduğu "Məktəb illəri" mahnısı ilə bağlı etiraf edib.
Milli.Az xəbər verir ki, müğənni "İncə səhər" verilişində bəstəni ifa edərkən yaşadığı hisslərdən danışıb:
"Çox insan dedi ki, necə qəlbə toxunan əsərdir. Aygün Səmədzadə, Kəmalə Abıyeva və aranjimanı edən Siyavuş Kərimiyə təşəkkür edirəm. Tələbə qız idim: nə toya gedir, nə pul qazanmağı bilirdim. Mənə inanıb mahnı etibar etdilər. Həmin etibarı doğrultduğum üçün xoşbəxtəm. Onu oxuyanda keçirtdiyim hissləri heç kim bilmirdi. Doya-doya yaşamadığım məktəb illərini, ölüm xəbərini aldığımız, şəhidlik zirvəsinə yüksələn məktəb yoldaşlarımızın ağrısını, acısını mahnını oxuyanda dilimə gətirirdim. İndi onların da ruhu şaddır. Qarabağ bizimdir. Acılardan keçməyən mahnılar əski kimidir. Onları yaşamalı idik ki, mahnını elə oxuya bilim".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 May 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















