Icma.az
close
up
RU
Keçməyən ağrıların səbəbi bu xəstəlik OLA BİLƏR!

Keçməyən ağrıların səbəbi bu xəstəlik OLA BİLƏR!

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Keçməyən və səbəbi bilinməyən ağrılar düşündüyünüzdən daha ciddi bir sağlamlıq probleminin xəbərçisi ola bilər. Türkiyənin tanınmış endokrinologlarından Prof. Dr. Ahmet Yılmaz, bu tip davamlı ağrıların bədənin kalsium balansını pozan "hiperparatiroidizm" adlı xəstəliklə bağlı ola biləcəyini bildirib. Onun sözlərinə görə, bu xəstəlik tez-tez digər sağlamlıq problemləri ilə qarışdırılır və çox vaxt təsadüfən aşkarlanır.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Hiperparatiroidizm, qalxanabənzər vəzin arxasında yerləşən paratiroid vəzilərinin normadan artıq hormon ifraz etməsi nəticəsində yaranır. Bu vəzilər "parathormon" adlı hormonu ifraz edərək, orqanizmdə kalsiumun sümüklərdən ayrılmasına və böyrəklərlə bağırsaqlardan yenidən sorulmasına şərait yaradır. Lakin bu tarazlığın pozulması ciddi fəsadlara səbəb ola bilər.

Prof. Dr. Ahmet Yılmaz bu barədə bildirir:

“Paratiroid vəzilərinin həddindən artıq hormon ifraz etməsi nəticəsində bədəndə kalsium miqdarı artır. Bu isə özünü əzələ ağrıları, halsızlıq, depressiya, saç tökülməsi, tez-tez sidiyə çıxma kimi əlamətlərlə göstərə bilər.”

Əlamətlər nələrdir?

Hiperparatiroidizmin əsas əlamətləri bunlardır:

Daimi yorğunluq

Səbəbsiz ağrılar

Sadə yıxılmalarla sümüklərdə sınıqlar

Əzələ ağrıları

Halsızlıq

Depressiya

Saç tökülməsi

Tez-tez sidiyə çıxma

Bu kimi şikayətlər çox zaman başqa xəstəliklərlə qarışdırılır. Xüsusilə tez-tez böyrək daşı salan, izah olunmayan qarın və bel ağrılarından əziyyət çəkən şəxslər bu xəstəlik baxımından mütləq yoxlanılmalıdır.

Prof. Dr. Yılmaz qeyd edir ki, “Paratiroid vəziləri fiziki müayinədə hiss olunmur. Diaqnoz yalnız qan analizləri, sintiqrafiya, USM və MRT kimi görüntüləmə üsulları ilə qoyula bilər.”

Xəstəlik aşkarlanarsa, adətən sadə bir əməliyyatla problemli vəzin çıxarılması mümkündür və xəstə tamamilə sağala bilər.

Kimlər risk altındadır?

Həkimin sözlərinə görə, hiperparatiroidizm xüsusilə təkrarlanan böyrək daşları, səbəbi bilinməyən qarın və bel ağrıları, sümüklərdə sınıqlar, kəskin halsızlıq, depressiya, saç tökülməsi və əzələ qıcolmaları olan şəxslərdə rast gəlinə bilər.

Bu əlamətləri yaşayan şəxslər kalsium səviyyələrini yoxlatmalı və vaxtında həkimə müraciət etməlidirlər. Hiperparatiroidizm vaxtında aşkarlanıb müalicə olunarsa, tam sağalma mümkündür. Orqanizmin verdiyi bu xəbərdarlıqları ciddiyə alaraq, sağlamlığınızı təhlükəyə atmadan tədbir görmək vacibdir.

Xeyrənsə Piriyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 İyul 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri