Icma.az
close
up
RU
Keçməyən yuxululuğun GİZLİ SƏBƏBLƏRİ

Keçməyən yuxululuğun GİZLİ SƏBƏBLƏRİ

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Yuxululuq, apatiyanın səbəbləri arasında bəzi dərmanların qəbulu, havasız məkanda uzun müddət ərzində qalmaq və s. ola bilər.

Lakin bəzi hallarda keçməyən yuxululuq hər hansı xəstəliyin simptomu kimi meydana çıxır.

Saglamolun.az sizə bu xəstəliklər haqqında məlumat təqdim edir:

Qanazlığı

Yuxululuq qanazlığının əsa simptomlarından biridir. Orqanizmdə dəmirin çatışmazlığı hemoqlobinin istehsalını azaldır. Hemoqlobin orqanizmin hər hüceyrəsinə oksigen daşıyır. Beyin oksigenin çatışmazlığına birinci reaksiya verir ki, insan yuxululuq, zəiflik, başgicəllənməsi hiss etməyə başlayır.

Depressiya

Müasir insanların bəlası olan depressiya da özünü səbəbsiz yorğunluq, zəiflik və yuxululuqla büruzə verir.

Depressiyada olan insan hətta yataqdan durmaq, adi ev işlərini görmək, özünə baxmaq istəmir.  

Apnoe

Yuxuda xoruldayan (tibdə buna “apnoe” deyilir) insanlarda gecə zamanı dəfələrlə nəfəsalmanın dayanması baş verir. Bunun nəticəsində insan hiss etmədən tez-tez oyanır və yenə yuxuya gedir. Təbii ki, belə yuxu natamam olur və insan gün ərzində daim yuxululuq və yorğunluq hiss edir.

Apnoenin digər daha ciddi təhlükəsi ondan ibarətdir ki, bu hal infarkt və xüsusilə də insultun riskini artırır.

Zob xəstəliyi

El arasında qalxanvari vəzi xəstəlikləri daha çox “zob” kimi tanınır. Qalxanvari vəzinin funksiyası azalanda yorğunluq, keçməyən yuxululuq, yaddaşın pozulması, çəkinin səbəbsiz artması kimi simptomlar meydana çıxır.

Hipotoniya (aşağı təzyiq)

Hipotoniyadan əziyyət çəkənlərdə beyin kifayət qədər oksigen almır və bu da yuxululuq, zəiflik, baş gicəllənməsinə səbəb olur.

Şəkərli diabet

Orqanizmin əsas enerji mənbəyi qlükozadır. Şəkərli diabet zamanı qlükozanın hüceyrələrə daxil olması prosesi pozulur ki, nəticədə insan özünü zəif, yorğun və yuxulu hiss edir.  

Şəkərli diabetin digər simptomları arasında: keçməyən susuzluq, dəridə və cinsiyyət orqanlarında qaşınma, sidik ifrazının artması.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri