Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsdən xəbər var
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Keçmiş arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Ramil İmanovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası dekabrın 26-na təyin edilib.
Şikayət hakim Salman Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə ötən il iyulun 1-də Gəncə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Ramil İmanovun şəhərin Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı, 1988-ci il təvəllüdlü Şəhla Bayramovaya azyaşlı oğlunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.
Ramil İmanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Kamal Məmmədov


