Icma.az
close
up
RU
Rəqəmsal polad magistral

Rəqəmsal polad magistral

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan TRASECA və Orta Dəhlizdə geniş rəqəmsal platforma yaratmaqdadır

Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və regionun əlaqələndirilməsində əsas rol oynayır.  Nəqliyyat infrastrukturlarını müasirləşdirən Azərbaycan qlobal dəhlizlərin ən mühüm tərkib hissəsinə çevrilən dəmir yolu nəqliyyatını da modernləşdirməklə tərəfdaş ölkələrlə sıx platforma yaratmaqdadır. Bu barədə Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASECA) baş katibi Asset Assavbayev bildirib. Qeyd edib ki, Azərbaycan həm də nəqliyyat sektorunun, o cümlədən dəmir yolunun rəqəmsallaşdırılmasında fəal rol oynayır. Hazırda nəqliyyat sahəsində texnoloji dəyişikliklərin sürətlə baş verdiyi bir dövrdə rəqəmsallaşma hər bir ölkə üçün əhəmiyyət daşıyır və bu prosesdə Azərbaycanın təcrübəsini öyrənmək uğurlu imkanlar deməkdir.

Dəmir yolunda rəqəmsallaşma nədir?

Müasir dövrdə nəqliyyatın idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi və infrastrukturun elektronlaşdırılması dünya ölkələrinin qarşısında duran əsas çağırışlardandır. Rəqəmsallaşma müasir İT imkanlarından istifadə etməklə məlumatların daha dəqiqliyi, müştərilərin vaxtına qənaət edilməsi, ölkələrarası inteqrasiya nəticəsində məlumatların daha sürətli və dəqiq ötürülməsi, qatarların onlayn izlənilməsi və s. kimi funksionallığa şərait yaradır. Həmçinin əməliyyat səmərəliliyinin, rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyət kəsb edir. Qabaqcıl rəqəmsal texnologiyalardan istifadə həm də dəmir yolu nəqliyyatında kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir.

Azərbaycanın regional tranzit dəhlizlərindəki rolunun artması rəqəmsallaşma ilə bağlı tədbirləri də həyata keçirməsini zəruri edir. Bunun üçün zəruri infrastrukturların yaradılması, fiberoptik şəbəkə sisteminin təmin edilməsi əsas şərtlərdən biridir. Asiya Bankının Mərkəzi və Qərbi Asiya üzrə regional direktoru Yevgeni Jukov bildirib ki, modernləşdirilmiş rəqəmsal dəmir yolu sistemi Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə əlaqələndirilməsində mühüm rol oynayır. Bu kontekstdə rəqəmsal transformasiya bu dəhlizdə Azərbaycanın rolunu da dəstəkləyəcək.

Qeyd edək ki, Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində Azərbaycanın nəqliyyat-logistika və tranzit imkanlarından bəhs edilərkən ölkəmizin Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit ölkəsi kimi mövqeyi xüsusi vurğulanıb, bu qlobal nəqliyyat potensialının artırılması üçün yeni innovativ səylərin birləşdirilməsinin vacibliyinə toxunulub. Qeyd edilib ki, Azərbaycan Orta Dəhlizdə fəallığını artırmaq üçün öz nəqliyyat infrastrukturunu tam yeniləşdirməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünün artırılması, yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi üçün əhəmiyyətli tədbirlərin görülməsi Orta Dəhlizin perspektiv güc balansına hesablanıb. Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi və digər innovativ həllər rəqəmsallaşma strategiyasının tərkib hissəsidir.

 “Maneəsiz Rəqəmsal Dəhliz” sistemi qurulur

Orta Dəhliz ailəsi üçün hazırda həllivacib olan əsas məsələlərdən biri vahid rəqəmsal platformanın yaradılmasıdır. Bu platforma çərçivəsində bütün ölkələrin rəqəmsal sistemlərinin inteqrasiyası əsas prioritetlərdən biridir və layihədə iştirak edən ölkələrin hər biri rəqəmsallaşma ilə bağlı öz siyasətlərini birləşdirməyə çalışacaq. Bir müddət əvvəl həmin ekosistemin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridoru (Digital Trade Corridor) yaradılıb ki, Azərbaycan və Qazaxıstanın dəmir yollarının informasiya sistemləri gömrük modullu bu sistemə inteqrasiya olunub, Gürcüstan dəmir yollarının da sistemə qoşulması planlaşdırılır. Digər ölkələrin də növbəti ilə qədər bu rəqəmsal sistemə inteqrasiyasının başa çatdırılması və 2025-ci ildə “Maneəsiz Rəqəmsal Dəhliz”in işə salınması nəzərdə tutulur. Bu sistemin maliyyə təminatında Asiya İnkişaf Bankının aparıcı rol oynaması təqdir edilə bilər. Bu, həm də “Avrasiya Nəqliyyat Marşrutu”nun rəqəmsallaşmasında və “Maneəsiz Rəqəmsal Dəhliz” sisteminin qurulmasında bankın iştirakçılığı deməkdir.

Beləliklə, Azərbaycanın nəqliyyat sektorunun polad magistrallarının rəqəmsallaşdırılması Orta Dəhlizin də rəqəmsal arxitekturasının müasirləşməsinə imkan yaradacaq.

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri