Icma.az
close
up
RU
Keçmiş arvadını öldürmək istəyən şəxslə bağlı qərar dəyişdi

Keçmiş arvadını öldürmək istəyən şəxslə bağlı qərar dəyişdi

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ali Məhkəmədə arvadını bıçaqlamaqda təqsirləndirilən Bəhruz Əliyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmişin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilib, zərərçəkmiş şəxsin kassasiya şikayəti qismən təmin olunub və məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməyib. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə, zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə ləğv edilib və cinayət işi yeni apellyasiya baxışına təyin olunub.

İttihama görə, hadisə 13 oktyabr 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində qeydə alınıb. Belə ki, Bəhruz Əliyev qısqanclıq zəminində keçmiş arvadı İ.Əliyeva bıçaqlayıb. Kürək nahiyəsindən xəsarət alan qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. İlkin araşdırmalardan sonra qadının keçmiş həyat yoldaşı Bəhruz Əliyev tərəfindən bıçaqlanması məlum olub. O, saxlanılaraq istintaqa təhvil verilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsindən həmin Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Bəhruz Əliyevə 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://pravda.az
archiveBu xəbər 09 Aprel 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see167

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see136

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see135

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see133

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see124

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see114

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri