Icma.az
close
up
RU
Keçmiş CIA direktoru: Putin dayanmayacaq, bu ölkələrə hücum edəcək

Keçmiş CIA direktoru: Putin dayanmayacaq, bu ölkələrə hücum edəcək

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Keçmiş CIA direktoru və ehtiyatda olan general David Petraeus, Londonda fəaliyyət göstərən “Policy Exchange” beyin mərkəzində çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsində uğur qazanacağı təqdirdə növbəti hədəfinin NATO üzvü olan Avropa ölkələri ola biləcəyini bildirib. O, xüsusilə Baltikyanı ölkələrdən Litviyanı təhlükə altında görür və qeyd edir ki, Kreml bu addımı Qərbin mövqeyini sınamaq və ya daha genişmiqyaslı hücumların başlanğıcı kimi ata bilər.

Sfera.az xarici medaiya istinadən xəbər verir ki, Petraeus Putinin əsas məqsədinin Ukrayna Prezidenti Volodimir Zelenskini devirmək, ölkədə Moskvaya sadiq bir rejim qurmaq və Ukraynanın tam nəzarət altına alınması olduğunu vurğulayıb.

Onun fikrincə, bu planın uğur qazanması Baltikyanı ölkələrə birbaşa təhlükə yaradır.

General ABŞ-nin keçmiş prezidenti Co Baydeni Ukraynaya hərbi yardım məsələsində gecikmələrə yol verdiyinə görə də tənqid edib. O, “F-16” döyüş təyyarələrinin və “M1 Abrams” tanklarının Ukraynaya göndərilməsinin çox gec baş tutduğunu və bu gecikmələrin Ukraynanın müdafiə qabiliyyətinə mənfi təsir etdiyini bildirib.

Bununla yanaşı, Petraeus Donald Trampı da sərt ifadələrlə tənqid edərək, onu Putinlə danışıqlarda davamlı olaraq ikinci şans verməkdə ittiham edib. Onun sözlərinə görə, bu yanaşma Qərbin mövqeyini zəiflədir və Putinə daha geniş manevr imkanları yaradır.

Petraeus Ukraynanın Moskvaya əlavə ərazi qazancının mümkün olmadığını göstərməsi üçün Qərbin daha ciddi və güclü dəstək verməsinin vacibliyini vurğulayıb. O əlavə edib ki, Rusiya rəhbərliyi barış danışıqlarını bilərəkdən ləngidir, çünki əlavə Ukrayna torpaqları əldə etmək niyyətindədir.

Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 May 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri