Icma.az
close
up
RU
Putin bu ölkələrə qoşun yeridəcək

Putin bu ölkələrə qoşun yeridəcək

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrdə saxlanılan və ya mühakimə olunan ölkə vətəndaşlarının “müdafiəsi” məqsədilə ordu qüvvələrinin istifadəsinə imkan verən qanunu imzalayıb.

Bu sənədə əsasən, rəsmi Moskvanın tərəf olmadığı beynəlxalq müqavilə və ya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı olmadan xarici məhkəmələrin çıxardığı qərarlar əsasında həbs edilən, saxlanılan, yaxud mühakimə olunan Rusiya vətəndaşlarının müdafiəsi üçün hərbi qüvvələrdən istifadə oluna biləcək. Qanunda qeyd olunur ki, belə hallarda zəruri tədbirlər Rusiya Prezidentinin qərarı ilə və dövlət orqanlarının səlahiyyətləri çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, bu qanunun hüquqi bazasının formalaşması üçün Rusiya Dövlət Duması “Müdafiə haqqında” Qanuna düzəliş edilib. Bu, Rusiya Prezidentinə beynəlxalq və milli məhkəmələrin qərarı ilə xaricdə saxlanılan rusları müdafiə etmək adı altında digər ölkələrə ordu göndərməyə imkan verir. Qanunun Rusiya Prezidentinin qərarı ilə xaricdəki rusları cinayət və digər təqiblərdən “qorumaq” üçün hazırlandığı bildirilir. 

Həmçinin, Rusiya hökuməti martın 19-da Dövlət Duması “Vətəndaşlıq haqqında” Qanuna da düzəlişlər edib. Əlavə və dəyişikliklər Rusiya vətəndaşlarının hüquqlarının dost olmayan xarici dövlətlərin fəaliyyətlərindən və  xaricdəki hüquq və azadlıqlarının qanunsuz pozulmasından müdafiə etməyi nəzərdə tutur. 

“Vətəndaşlıq haqqında” Qanunda Rusiya hakimiyyət orqanlarının xaricdə həbs edilmiş, saxlanılmış və ya təqibə məruz qalmış vətəndaşlarını müdafiə etmək üçün “lazımi tədbirlər görəcəyini” bildirən maddə əlavə olunub. 

Bu tədbirlərin nədən ibarət olması “Müdafiə qanun”una edilən dəyişikliklərdə öz əksini tapıb. Orada prezidentin silahlı qüvvələrdən onların təyinatı üzrə olmayan başqa məqsədlərdən istifadə etməsinə icazə verən norma təsbit olunub. Lakin bu cür istifadənin konkret halları sadalanmayıb. 

Düzəlişdə prezidentə başqa ölkələrdə təqib olunan Rusiya vətəndaşlarını müdafiə etmək üçün ordu göndərmək səlahiyyəti verilir. Qanuna görə, Rusiya hakimiyyəti xaricdə həbs olunan bütün ruslara deyil, yalnız beynəlxalq məhkəmələr və ya digər dövlətlər tərəfindən səlahiyyətli olan milli məhkəmələr tərəfindən mühakimə olunanlara belə güclü müdafiə vəd edir. 

Sənəddə “səlahiyyətləndirmə”nin nə demək olduğu izah edilmir, məhz buna görə də Rusiya hökuməti digər ölkələri ordu yeritməklə hədələyir.Bu qanunun qəbulu Rusiya tərəfindən digər dövlətlərə qarşı hərbi təcavüz hallarının artacağına dair narahatlıqlara səbəb olub. 

Qeyd edək ki, rəsmi Moskva əvvəllər də  xüsusilə, postsovet ölkələrini Rusiya vətəndaşlarının müdafiəsini təmin etmək adı altında silahlı müdaxilə ilə hədələyib. Rusiya 2008-ci ildə Gürcüstan, 2014-cü və 2022-ci illərdə Ukrayna ərazilərinin işğalında bu arqumentlərdən də istifadə etmişdi. 

Ona görə də xarici ölkələrdə saxlanılan və mühakimə olunan Rusiya vətəndaşlarının müdafiəsi adı altında qanunun qəbulu ilk növbədə qonşu dövlətlərə qarşı təhdid hesab edilir. Ancaq Prezident Putinə qanunla belə bir səlahiyyətin verilməsi Rusiyanın dərhal qonşu ölkələrə qarşı hücuma keçəcəyi anlamına gəlmir. 

İlk növbədə, Rusiyanın bu addımı özünün işlaçılıq siyasətini legitimləşdirməyə xidmət edir. Yəni Rusiya başqa dövlətlərə qarşı müharibəni öz vətəndaşlarının müdafiəsi üçün məcburiyyətdən irəli gələn tədbir kimi təqdim etməyə çalışır. 

Digər tərəfdən, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları postsovet ölkələrində təxribat məqsədilə siyasi-ideoloji təbliğat və casusluq fəaliyyəti ilə məşğul olur. Sözügedən qanun həm də ifşa olunan casus şəbəkəsinin həbslərinin qarşısını almaq məqsədi daşıyır. 

Rusiya bu qanundan yalnız MDB üzvlərinə qarşı deyil, eyni zamanda Baltikyanı ölkələr də daxil olmaqla Avropa İttifaqına hərbi müdaxilə üçün istifadə edə bilər. Lakin bu qanunun hədəfinin hazırda  Ermənistan olduğuna dair rəylər üstünlük təşkil edir. 

Yəni Kreml  iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində Qərbpərəst Paşinyan komandasının deyil,  rusiyalı milyarder, hazırda həbsdə olan Samvel Karapetyanın hakimiyyətə gəlməsində maraqlıdır. 

Nikol Paşinyan isə onun Rusiya və Kipr vətəndaşı olduğunu əsas gətirəcəyini deyərək deputat və baş nazir ola bilməyəcəyini deyib. Bu isə Putinlə Paşinyan arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olub. 

Ona görə də bəzi siyasi müşahidəçilər Rusiyanın adıçəkilən qanunu əsas gətirərək öz vətəndaşını müdafiə etmək adı altında Ermənistana ordu yeritmək və Paşinyanı devirmək istədiyini bildirir. Lakin nəzərə almaq lazımdır ki, Rusiya ilə Ermənistanın birbaşa sərhədi olmadığından, belə bir təcavüz aktı mümkün deyil.

Bu baxımdan, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazadan istifadə edəcəyinə dair ehtimallar səslənir. Lakin Rusiya belə bir addım atsa, Ermənistanla hərbi müttəfiqlik müqaviləsini pozmuş olar. Bu isə Nikol Paşinyan hakimiyyətinə Rusiya hərbi bazasını ölkədən çıxartmaq üçün yaxşı fürsət verə bilər. Ona görə də Rusiyanın qəbul etdiyi qanun daha çox güc nümayişi və çəkindiricilik məqsədi daşıyır. 

Qeyd edilən qanunun Vladimir Putinin özünün təhlükəsizliyini təmin etmək üçün qəbul edildiyini də güman etmək olar. Çünki Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ilin mart ayında Vladimir Putinin həbsinə order verib. Moskva bu qanunla Rusiya Prezidentinin həbs etmək istəyən istənilən dövləti ordu yeritmək və müharibə ilə təhdid edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri