Icma.az
close
up
RU
Keçmiş diplomat: “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”

Keçmiş diplomat: “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Yunanıstandakı Səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Sumqayıt Şəhər Məhkəməsində R. Şahhüseynli barəsində xırda xuliqanlıqla bağlı bəraət verilib, digər iki əmələ görə isə 500 manat cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Rəhman Şahhüseynli baş verənlərlə bağlı “Qafqazinfo”ya müraciət edib. Bildirib ki, bütün bunlar illərdir onunla yaşayan və ciddi səbəblərdən dolayı qarşı tərəfə getməkdən qətiyyətlə imtina edən uşağına görədir:

“Məsələnin mahiyyəti ailə-məişət və uşaq mövzusu olduğu üçün detallara girmək istəmirəm. Media nümayəndələrini də bu tip xəbərlərə həssas yanaşmağa, paylaşmamağa çağırıram. Qısaca deyim ki, keçmiş qohumlarım müxtəlif yollarla mənə təzyiq edərək, hazırda davam edən məhkəmələrdə üstünlük əldə etmək istəyirlər.

Vaxtilə uşağa qarşı qanunsuz və amansız əməllər törətmiş Sumqayıt İcra idarəsinin bəzi məmurları da keçmiş qohumlarımla eyni cəbhədə mənə qarşı “vuruşduqlarına” görə məsələ çox eybəcər forma almaqdadır. Şikayətim əsasında həmin məmurlardan bəziləri artıq işdən uzaqlaşdırılıb, digərləri tənbeh olunub.

Səlahiyyətindən sui-istifadə edərək qisas zəminində mənə və uşağa qarşı qərəzli və qanunsuz əməllər törədən icra məmurları ilə bağlı 10 gün əvvəl ədliyyə nazirinin müavini Mübariz Əhmədovun qəbulunda oldum. Orada məsələni sənəd və sübutlarla diqqətə çatdırdım. Mənə verilən məlumata görə, həmin məmurlar barədə artıq xidməti araşdırma başlanıb”.

Xatırladaq ki, keçmiş diplomatın Yunanıstandakı səfirimiz tərəfindən döyülməsi ilə bağlı iddialar yayılmışdı. XİN-in açıqlamasında isə yayılan məlumatlar əsasında araşdırma aparıldığı və həqiqətə uyğun olmadığı bildirilmişdi.

Onu da qeyd edək ki, Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün diplomatik fəaliyyətinə xitam verilib.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri