Icma.az
close
up
RU
Keçmiş diplomatdan gələcək əleyhinə bəyanatlar

Keçmiş diplomatdan gələcək əleyhinə bəyanatlar

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sülhü “fəlakət” kimi təqdim edən Oskanyan erməni cəmiyyətində çaşqınlıq yaradır

Ermənistanın sabiq xarici işlər naziri, ölkədəki revanşist kəsimin diplomatik cinahdan “hücümçusu” Vardan Oskanyan iki dövlət və xalq arasında düşmənçiliyin davam etdirilməsi üçün var gücü ilə çalışır. Ayın əvvəlində siyasi dəstək tapmaq ümidi ilə İsveçrə parlamentinin deputatları Erix Fontobelli və Lukas Reymann, habelə Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti Con Eybnerlə birgə Vaşinqtona səfər edən, orada “Dağlıq Qarabağ üzrə İsveçrə sülh təşəbbüsü” adlanan qondarma təkliflər irəli sürən, Dövlət Departamentində bir sıra görüşlər keçirən və gördüyü təxribatçı işləri “ABŞ-ın Cənubi Qafqazda ədalətli və uzunmüddətli sabitliyə daha fəal cəlb olunmasını təşviq etmək” kimi cəmiyyətə sırıyan Oskanyan indi də Azərbaycan və Ermənistan liderləri arasında iyulun 10-da Əbu-Dabidə keçirilən görüşü təfsir etmək işinə girişib.

Əlbəttə, istənilən görüşü, aparılan danışıqları şərh etmək onun hüququdur. Amma onun yanlış yozumları hiddət doğurur. Sabiq diplomat “Facebook”dakı səhifəsində etdiyi paylaşımda bildirib ki, Əbu-Dabi görüşünün nəticələri artıq aydınlaşmağa başlayıb. O, Zəngəzur dəhlizini “Sünik vilayətindən keçən qondarma dəhliz” adlandırıb və Paşinyanın buna razılıq verdiyini bildirib. “Hər şey göz qabağındadır” deyən Oskanyan bu razılığın, əslində, Ermənistan ərazisi üzərində suveren nəzarətin xarici qüvvəyə təhvil verilməsi olduğunu iddia edib: “Bu, ciddi strateji və siyasi güzəştdir, Ermənistanın ərazi bütövlüyünə birbaşa zərbədir və dövlətimizin onsuz da kövrək olan təməlində daha bir çatdır. Bu, Ermənistanın uzunmüddətli suvereniteti və milli təhlükəsizliyi üçün fəlakətdir”.

Ermənistan baş naziri Nikol Paşinyanın Əbu-Dabi görüşündən az sonra – iyulun 14-də Brüssel və Parisə səfər etməsinə münasibət bildirən V.Oskanyan ehtimal edir ki, Nikol “bu ifrat problemli sövdələşməyə” Avropanın dəstəyini almaq üçün həmin paytaxtlara səfər edib. Qeyd edib ki, Paşinyanın əsas məqsədi 2026-cı il seçkilərinə qədər Azərbaycanla sülh müqaviləsi bağlamaqdır. Oskanyanın sülh müqaviləsi sözünü dırnaq işarəsi daxilində yazması da diqqətdən yayınmır. İddia edib ki, Paşinyan növbəti parlament seçkilərində qalib gəlmək kimi dar siyasi məqsədə çatmaq üçün təkcə əraziləri deyil, həm də “erməni xalqının ləyaqətini, tarixi yaddaşını və ədaləti qurban verməyə” hazırdır: “Onun “sülh” adlandırdığı nəsnə dövlətin uğursuzluğuna (failed state) dair rəsmi sənəddir. Paşinyan hakimiyyətdə olduğu 7 il ərzində müasir Ermənistan tarixində ən böyük milli fəlakətə başçılıq edib. İndiki hakimiyyət Ermənistanın gələcəyinin qurulmasında heç bir rol oynamamalıdır. Onlar erməni xalqına rəhbərlik etmək iqtidarında olmadıqlarını dəfələrlə sübut ediblər”.

***

Ermənistan xarici siyasət idarəsinin keçmiş rəhbərinin Əbu-Dabi görüşü ilə bağlı fikirləri Hayastanın radikal revanşist ictimai-siyasi dairələrinin sülh prosesi ilə bağlı mövqeyini ortaya qoymaq baxımından maraqlıdır. Bu düşərgə hər vəchlə aparılan sülh danışıqlarına, bütövlükdə prosesə kölgə salmağa çalışır. Oskanyan da bu düşərgənin tipik nümayəndəsidir. Ümumiyyətlə, bu şəxs xarici işlər naziri postunu tutduğu 1998–2008-ci illərdəki fəaliyyəti zamanı bir sıra qeyri-konstruktiv yanaşmalarla yadda qalıb. Bunlardan ən vacibi onun “Madrid prinsipləri”nin mahiyyətini təhrif etməsi idi. Yada salmaq yerinə düşər ki, 2007-ci ildə ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülən “Madrid prinsipləri” sülhə doğru mühüm addım sayılsa da, Oskanyan bu prinsipləri Ermənistan cəmiyyətinə yanlış təqdim edirdi. O, bu sənədi yalnız keçmiş qondarma separatçı Qarabağ rejiminin statusunu ön plana çəkərək manipulyasiya edir, ərazilərin qaytarılması komponentini isə ictimai rəyin diqqətindən yayındırırdı.

Onun digər qeyri-konstruktivliyi “Qarabağ ermənilərinin iştirakı olmadan danışıqlar mümkün deyil” mövqeyi üzərində fokuslanmışdı. Oskanyan nazir kimi daim keçmiş separatçı rejimin danışıqlar masasında ayrıca tərəf kimi təmsil olunmasını tələb edirdi. Bu isə danışıqlar prosesini illərlə dalana salan, beynəlxalq hüquqa zidd, avantürist mövqe idi. Onun XİN-ə rəhbərliyi dövründə Ermənistan, xüsusilə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq əvəzinə, təcrid siyasətini bütün gücü ilə davam etdirirdi. Türkiyə ilə diplomatik münasibətlərin qurulması imkanları o dövrdə də gündəmə gəlmişdi, lakin Oskanyan bu istiqamətdə real irəliləyişə imkan vermirdi. Oskanyan bu vəzifəyə Qarabağ klanının “xaç atası” Robert Koçaryan tərəfindən təyin edilmişdi. Bu cütlüyün siyasəti isə Ermənistanı müstəqil dövlət olmaqdan çıxararaq, Rusiyanın asılılığına salınmasına xidmət edirdi. Məhz bu klanın 20 illik (1998–2018) hakimiyyəti dövründə Ermənistanın Rusiyadan hərbi və siyasi asılılığı daha da möhkəmlənib. Ermənistanın bir çox strateji sahələri – İrəvandakı “Zvartnots” hava limanının, Cənubi Qafqaz Dəmir Yolunun, elektrik şəbəkəsinin, su-kanal sisteminin Rusiya tərəfindən autsorsinqlə idarə olunmasına başlanıldı. Mülkiyyət isə formal olaraq dövlətə məxsus olaraq qaldı. Üstəlik, Oskanyanın dövründə xarici siyasət balanssız idi və bu, ölkənin beynəlxalq manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırırdı.

***

Xarici işlər naziri olduğu dövrdə radikal, barışmaz xəttin tərəfdarı olan Oskanyanın indiki məqamda Əbu-Dabi görüşü ilə bağlı fikirləri bir daha göstərir ki, o, keçmiş diplomatik statusundan istifadə edərək ictimai rəydə çaşqınlıq yaratmaqda, pozuculuqda israrlıdır. Onun Zəngəzur dəhlizi ilə bağlı “qondarma dəhliz” ifadəsi və Ermənistanın ərazi bütövlüyünə, guya, zərbə vurulması barədə dedikləri kökündən yanlışdır. Bu yanaşma nə hüquqi reallıqlara uyğun gəlir, nə də beynəlxalq vasitəçilərin yanaşmasına əsaslanır. Əksinə, Vardan qəsdən ictimaiyyətdə sülh prosesinə qarşı inamsızlıq yaratmağa çalışır. Onun paylaşımında yer alan “suverenliyin xarici qüvvəyə təhvil verilməsi” tezisi sadəcə, populist ritorikadır. Çünki burada söhbət bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasından gedir. Hərbi və ya siyasi təslimiyyət aktından söhbət getmir.

Zəngəzur dəhlizinin açılması 2020-ci il 10 noyabr tarixli razılaşmanın tərkib hissəsidir. Rəsmi İrəvan həmin sənədə öz imzasını atmaqla bu öhdəliyi qəbul edib. Bu dəhliz Ermənistanın suveren ərazisindən keçir və onun suverenliyinə heç bir formada xələl gətirmir. Hələlik proseslə bağlı müzakirələr aparılır, yekun razılaşma yoxdur. Amma Azərbaycan tərəfi bizim Ermənistan ərazisində, necə deyərlər, gözümüzün olmadığını dəfələrlə yüksək səviyyələrdə bəyan edib. Dəhlizin işə düşməsindən Ermənistan dövlətinin də böyük fayda əldə edəcəyi şübhəsizdir. Bu zaman Hayastan dalan vəziyyətindən çıxacaq və ticarət əlaqələrini inkişaf etdirməklə böyük qazanc əldə edəcək. Gələn gəlirlərdən, sözsüz ki, Ermənistan vətəndaşlarına da pay düşəcək, onların maddi, sosial vəziyyəti yaxşılaşacaq. Bu isə 2026-cı il seçkilərində Paşinyanın mövqeyini gücləndirən, revanşistləri isə daha da zəiflədən amildir. Məhz bu səbəbdəndir ki, Oskanyan prosesi bilərəkdən suverenlikdən imtina kimi təqdim edir. Halbuki, o, özü XİN başçısı olduğu dönəmdə danışıqlar prosesini illərlə dalana salmış, separatçıları əsas tərəf kimi tanıtmaqla məsuliyyətdən yayınmışdı. İndi isə konstruktiv dialoqu baltalayan, cəmiyyətə qorxu yayan yanaşmalarla çıxış edir.

Başabəla diplomatın Paşinyanın Brüssel və Paris səfərlərinə dair şərhləri onun sülh prosesinə qarşı düşmən münasibətinin növbəti nümunəsidir. Əgər bir ölkənin baş naziri sülh müqaviləsinə dəstək üçün beynəlxalq tərəfdaşlarla təmaslar qurursa, bu, diplomatik cəhd kimi dəstəklənməlidir. Lakin Oskanyan həmin səfərləri “ifrat problemli sövdələşmə”yə “dəstək axtarışı” kimi təqdim edir və bu fikrini tamamilə subyektiv, emosional ittihamlarla möhkəmləndirməyə çalışır. Onun “sülh müqaviləsi” məhfumunu dırnaq işarəsinə alması, əslində, təkcə Paşinyana deyil, həm də bütövlükdə bölgədə sabitlik istəyən bütün tərəflərə yönəlmiş, necə deyərlər, siyasi hörmətsizlikdir.

Oskanyanın “erməni xalqının ləyaqətini və tarixi yaddaşını qurban vermək” kimi ritorikası cəmiyyətin ən zəif emosional damarlarını tutmağa yönəlib. O, Ermənistanın sülhə deyil, əbədi düşmənçilik rejiminə məhkum olunmasını istəyir. Halbuki bu yol nə erməni xalqının rifahına, nə də dövlətin sabit gələcəyinə xidmət edir. “Dövlətin uğursuzluq sənədi” kimi təqdim olunan sülh razılaşması, əslində, Ermənistan üçün regionda kommunikasiyalara çıxış, iqtisadi dirçəliş və beynəlxalq inteqrasiyanın bəlkə də sonuncu şansıdır. Oskanyan isə Paşinyanı “ən böyük milli fəlakətin müəllifi” elan etməklə, əslində, Ermənistanı fəlakətə sürükləmiş öz dövrünün məsuliyyətindən yayınmağa çalışır.

Sonda qeyd edək ki, siyasi fəaliyyətində qapanma, təcridçilik və revanşizm mövqelərini müdafiə etmiş bir şəxsin Əbu-Dabi görüşü ilə bağlı bu cür şərhi gözlənilən idi. Ancaq bu yanaşma Ermənistanı nə inkişaf etdirir, nə də regionda sabitlik arzusunu reallaşdırır. Oskanyanın şərhləri yeni reallıqları qəbul etməyə qadir olmayan, keçmişin yükünü bu günə daşıyan, cəmiyyətə qorxu və təfriqə yayan köhnə zehniyyətin səsinə çevrilib. Ermənistanın gələcəyi bu ritorikadan deyil, real və məsuliyyətli diplomatiyadan keçir.

Ramiyə MƏMMƏDOVA,
politoloq

– Oskanyanın Əbu-Dabi görüşünə münasibəti bir daha göstərdi ki, Ermənistanın keçmiş siyasi elitası sülh prosesinə konstruktiv yanaşmaq əvəzinə, onu ya qeyri-mümkün kimi təqdim edir, ya da bilərəkdən manipulyasiya edir. Oskanyan Paşinyan hökumətini zəiflikdə və mövqesizlikdə ittiham etsə də, əslində bu ritorika ilə həm Ermənistan cəmiyyətini çaşdırır, həm də köhnə revanşist zehniyyətə xidmət edir. Onun “sülh əbədi olmayacaq” tipli fikirləri Ermənistan daxilində radikal dairələrin motivasiyasını artırır, regionda sabitlik və əməkdaşlıq ehtimalını isə azaldır.

Əgər keçmiş XİN rəhbəri real təhlükələri önə çəkmək istəyirsə, ilk növbədə Ermənistanın özünün 30 illik işğal siyasətinə və onun nəticələrinə nəzər salmalıdır. Bugünkü danışıqlar məhz həmin siyasətin nəticələrini aradan qaldırmaq və regional inteqrasiyanı təmin etmək məqsədi daşıyır. Oskanyanın şərhi sülh deyil, sabitliyin pozulmasında maraqlı olan qüvvələrin ritorikası ilə üst-üstə düşür və bu, qətiyyən təsadüfi deyil.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1217

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see186

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see143

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see120

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri