Keçmiş dövlət katibi SİRLƏRİ AÇDI: “ABŞ 2014 cü ildə…” KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo bəyan edib ki, 2014 və 2022-ci illərdə Vaşinqton Rusiyanın planlarının qarşısını almaq üçün kifayət qədər səy göstərməyib.
O, bu fikirləri Ukraynanın Odessa şəhərində keçirilən Qara Dəniz Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
KONKRET.az xəbər verir ki, Pompeo forumdakı çıxışı zamanı “ABŞ-ın daha çox iş görməli olduğu zamanlar olub. Təəssüf edirəm ki, 2014-cü ildə lazımi addımlar atılmadı,” – deyə vurğulayıb.
Keçmiş dövlət katibi həmçinin qeyd edib ki, ABŞ Ukraynanın sabitliyini bərpa etməsinə dəstək verməlidir və Rusiyanın qazına yenidən qayıtmaq qəbuledilməzdir: “Putin atəşkəs etsə belə, Rusiya qazına qayıdış mümkün deyil.”
Pompeo çıxışının sonunda əlavə edib ki, ABŞ Ukraynanı tək buraxmayacaq və ona dəstəyini davam etdirəcək.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 31 May 2025 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















