Icma.az
close
up
RU
A. Musayev “saxta akademik”lə bağlı SİRLƏRİ AÇDI KONKRET

A. Musayev “saxta akademik”lə bağlı SİRLƏRİ AÇDI KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev özünün facebook səhifəsində Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin açıqlamasına mövqe bildirib. Xatırladaq ki, İsa Həbibbəyli bildirib ki, Ramiz Mehdiyevin akdemikliyi məhkəmənin verəcəyi qərardan sonra ləğv ediləcək.

Alqış Musayev mövqeyini elə belə də ifadə edib:

“Bu, olduqca, məntiqsiz və səhv yanaşmadır. Çünki Mehdiyevin necə alim olması hamıya bəllidir. Kimin akademik səviyyəli elm xadimi olub-olmamasını heç bir məhkəmə müəyyən etmir. Ona cinayət işini Milli Elmlər Akademiyası qaldırmayıb ki , nəticəni gözləmək lazım olsun. Adam dövlətə xəyanətdə ittiham olunur. Ona görə də Ramiz Mehdiyevi günü sabah akademiklikdən məhrum etmək olar və lazımdır”.

Yalnız Alqış Musayev belə düşünmür. Belə yanaşma olduqca məntiqsiz və yumşaq desək, başdan-ayağa səhvdir. Çünki elm xadimlərinin akademik olub-olmamasını məhkəmə deyil, elmi ictimaiyyət müəyyən etməlidir. Dövlətə xəyanətdə ittiham artıq kifayət etməlidir ki, Mehdiyev akademiklikdən məhrum edilsin. Yəni məhkəmənin hökmünü gözləmək olduqca absurd və riyakar mövqe kimi də dəyərləndirilə bilər. Yəqin İsa Həbibbəyli cəmiyyətə gizli mesaj ötürür ki, hər şey ola bilər. Məhkəmə Akademikin günahsız olduğuna dair qətnamə qəbul edər. Mehdiyev haqqında danışarkən Akademiyanın tavanına gözünü zilləyən Həbibbəyli çox istərdi elan eləsin ki, bəs ay camaat, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əmlak leqallaşdırmaq kimi xüsusilə ağır ittihamlarla üzləşən “Ramzes” aydan-arı, sudan da durudur. İsa anlamır ki, məhkəmənin verdiyi qərar — ittihamın sübut olunub-olunmamasından asılı olmayaraq — ictimai rıçaqdır və Akademiyanın reputasiyasına onus da ciddi zərbə vuracaq. Belə olan halda, AMEA-nın prestiji naminə Mehdiyevin titulunun saxlanması çox arqumentsiz görünür.

Azərbaycanın baş akademikinin nəzərinə çatdırırıq ki, elm və elmi titullar fundamental olaraq ideya, bilik və tədqiqat əsasında qazanılır. Yəni onun hüquqi vəziyyəti və cinayət işi ilə birbaşa əlaqəsi elmi dəyərlərin özündən fərqlidir. Akademiklik — şəxsin elmi fəaliyyəti və elmi töhfələri ilə bağlıdır, cinayət işi isə hüquqi-cinayət məsələsidir.

Əgər akademik ad məhz siyasi, hüquqi situasiyaya görə ləğv ediləcəksə, bu sistemin elmi prinsiplərdən çox siyasətə bağlı olduğunu göstərir. İsa Həbibbəyli bilə-bilə elmi nüfuzun obyektivliyinə xələl gətirir.

Həbibbəyli onu da unutmasın ki, “Ramzes”in elmi titullarının saxta olması barədə kifayət qədər iddialar var. Bu, ayrıca elmi yoxlamalarla, komissiyalarla araşdırıla bilər. Cinayət işi isə, əgər məqsəd yalnız titul ləğvi deyilsə, elmi saxtakarlığı sübut etmir.

Beləliklə, məhkəmə qərarını gözləmək bir tərəf nümayişidir.

Artıq heç kimə sirr deyil ki, AMEA daxilində titulların verilməsi uzun illər ərzində Ramiz Mehdiyevin təsiri altında olub. Başqa alimlər iddia edirlər ki, saxta akademiklər, “kartofka” adlandırdıqları rütbələr sanki “xidmətə görə” verilib. Bu baxımdan göstərilən ittihamlar (dövlətə xəyanət, hakimiyyət zorla ələ keçirməyə cəhd, cinayət yolu ilə var-dövlət leqallaşdırma) və bu iddiaların ictimai rezonansa səbəb olması faktı Akademiyanın reputasiyasını da aşağı salıb. Çünki akademik titullar da elmi etimad, nüfuz və ictimai məsuliyyət tələb edir. Belə olan halda, ictimai maraq və AMEA-nın nüfuzu baxımından akademiklikdən məhrumetmə düzgün addım olardı.

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Dekabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri