Icma.az
close
up
RU
Keçmiş ərim 100 minlərlə dollar pulumu oğurlayıb FOTO

Keçmiş ərim 100 minlərlə dollar pulumu oğurlayıb FOTO

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Məşhur aktrisa Ceymi-Linn Sigler keçmiş həyat yoldaşı Eycay Diskala ilə bağlı etiraflar edib.
Demokrat.az
xəbər verir ki, 44 yaşlı sənətçi bu barədə xatirələrini topladığı “And So It Is” kitabında yazıb.
Aktrisa keçmiş ərinin “The Sopranos” serialından qazandığı pullardan yüz minlərlə dolları ondan gizli şəkildə götürdüyünü, daha dəqiq desək, oğurladığını iddia edib. Sigler 2003-2005-ci illər aralığında evli olduğu Diskala ilə ayrıldıqdan sonra da maliyyə məsələlərində müəyyən ortaq hesabların davam etdiyini bildirib.
Aktrisa “Nə qədər pulum olduğunu belə bilmirdim. Sonra ailə dostumuz olan mühasib ortaq hesablarımızı yoxlamaq istədi və yüz minlərlə dolların çatışmadığını aşkar etdi” deyib.
Mühasibin araşdırmasına görə, “The Sopranos” serialından gələn gəlirlər əvvəlcə şirkət hesabına köçürülür, daha sonra ailə xərcləri üçün ortaq hesaba ötürülürdü. Lakin bu hesablardan müəyyən məbləğlərin Siglerin xəbəri olmadan başqa hesablara yönləndirildiyi müəyyən edilib.
Aktrisanın iddiasına görə, bu proses uzun müddət ərzində və mütəmadi şəkildə davam edib.
Sigler həmin pulların dəqiq miqdarını bu günə qədər bilmədiyini, bunun üzərinə getmək istəmədiyini də vurğulayıb: “Bu pul mənim üçün sonsuza qədər bağlamaq istədiyim bir səhifədir”.
Aktrisa 22 yaşında etdiyi evliliyi də “səhv” kimi dəyərləndirib: “Sadəcə 20 yaşlarımın əvvəlində idim, kim olduğumu anlamağa çalışırdım. O zaman bu evlilik mənə bir xilasedici kimi görünürdü. Amma indi bunun böyük bir səhv olduğunu anlayıram. Bu ziddiyyəti anlamağım illər çəkdi".
Qeyd edək ki, Sigler evləndiyi vaxt 22, Eycay Diskala isə 32 yaşında olub.
Ceymi-Linn Sigler 1999–2007-ci illər arasında altı mövsüm “The Sopranos” serialında Meado Soprano obrazını canlandırıb. Serialda Ceyms Qandolfini, Robert Ayler, Edi Falko, Vinsent Pastore və Loren Brakko kimi aktyorlar da yer alıb.
Aktrisa 2016-cı ildən bəri Kater Dikstra ilə evlidir. Cütlüyün 2013 və 2018-ci il təvəllüdlü iki övladı var.

Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 May 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri