Keçmiş futbolçu qəsdən adam öldürməyə cəhddə ittiham olunur
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Karyerası ərzində "Akrinqton Stenli" və "Çester" kimi klublarda oynamış keçmiş futbolçu Patrik Leysi ağır cinayət işi ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, o, noyabr ayında Mersisaydda baş verən atışma hadisəsindən sonra qəsdən adam öldürməyə cəhddə ittiham olunan 4 nəfərdən biridir.
"BBC News"un yaydığı məlumatda qeyd olunur ki, futbolçunun bu hadisədə iştirakı idman ictimaiyyətində şok effekti yaradıb.
Maraqlıdır ki, Patrikin kiçik qardaşı Şea Leysi "Mançester Yunayted" akademiyasının üzvüdür və bu mövsüm əsas komandada 3 oyun keçirib. Hazırda məhkəmə prosesi davam edir və keçmiş futbolçunu uzunmüddətli həbs cəzası gözləyir.
Bu mövzuda digər xəbərlər:Reper Diddi adam öldürməyə cəhddə ittiham olunur
02 Dekabr 2024 11:06
Diddi adam öldürməyə cəhddə də ittiham olunur
03 Dekabr 2024 14:44
Karlson Baydeni Putini öldürməyə cəhddə ittiham edib
28 Yanvar 2025 09:11
Gürcüstanda adam öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı
08 Aprel 2026 13:19
Adam öldürməyə cəhddə təqsirləndirilən azərbaycanlı ər arvada bəraət verildi
24 Aprel 2025 10:14
Baxış sayı:175
Bu xəbər 21 Fevral 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















