Keçmiş futbolçularının adını yazıb təşəkkür etdilər Foto
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Benfika” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Fənərbaxça” ilə qolsuz oyundan sonra ötən gün “Beşiktaş” Nevzat Demir Təsislərində məşq edib.
“Qafqazinfo” xəbər verir ki, “Benfika”nın heyəti məşqdən sonra “Beşiktaş”a təşəkkürünü bildirib.
Belə ki, otaqdakı lövhədə bu sözlər yazılıb: “Təşəkkürlər Beşiktaş. Rafa, Orkun Kökçü, Joao Mario və Jurasek. Sizlərə yaxşı mövsüm arzulayırıq. Sevgilərlər “L Benfica”.
Bu isə sosial şəbəkələrdə maraqla qarşılanıb.
Xatırladaq ki, adıçəkilən futbolçular “Benfika”nın keçmiş futbolçularıdır. Onlardan ikisi ötən, digər ikisi isə bu mövsüm “Beşiktaş”a transfer olunub.
Qeyd edək ki, “Benfika” və “Fənərbaxça” arasındakı növbəti görüş avqustun 27-də Portuqaliyada keçiriləcək.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 22 Avqust 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















