Icma.az
close
up
RU
“Keçmiş komandasına qayıtmaq istədi” Qurban Qurbanov

“Keçmiş komandasına qayıtmaq istədi” Qurban Qurbanov

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Rəqib yaxşı müdafiə olunurdu. İlk qoldan sonra oyun bir az dəyişdi. Bundan sonra rəqib riskə getdi”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisj Qurban Qurbanov “Səbail”ə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli məşqçi bildirib ki, komandası boşluqlardan düzgün istifadə edib:

“Səbail”ə və Cavid Hüseynova uğurlar arzulayıram”.

Daha sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb. 

- Riçard Almeydanın “Qarabağ”dan ayrılığının səbəbi nədir?

- Bir az gözlənilməz alındı. İki gün əvvəl danışığımız olmuşdu. Dünən tam dəqiqləşdi. Ölkəsinə, keçmiş komandasına qayıtmaq istədi. Daha çox oynamaq istəyir. Biz belə oyunçulara həmişə hörmətlə yanaşmışıq. Rəhbərliklə danışdım və belə addım atdıq. Təki Riçard üçün, onun ailəsi üçün yaxşı olsun. Burada özünü rahat hiss edirdi. Amma yəqin karyerasını öz ölkəsində başa vurmaq istəyir. Kollektiv olaraq ona uğurlar arzuladıq. Hər zaman “Qarabağ”ın vacib fiqurlarından olub.

- Kadi Borgesin gəlişi ilə komandada hansı dəyişikliklər hiss edirsiz?

- İnşallah, yaxşılığa doğru təsir edər. Dəyişikliklərə hər zaman hazır olmalıyıq. Kadi üçün uyğunlaşmaq çətin olmayacaq. Sadəcə olaraq bir az idman formasından uzaqdır. Daha aktiv, daha hərəkətli Kadi görmək istəyərəm. İnanıram ki, bir aya onu əvvəlki formasına qaytaracağıq.

- Aleksey Kaşukun performansını necə dəyərləndirirsiz?

- Ola bilər ki, hansısa oyunlarda bir az zəif təsir bağışlayır. Belə bir futbolçu üçün bir il kollektiv məşqlərdən uzaq qalması böyük müddətdir. Burada oynadığı matçlarda onun faydalı iş əmsalı heç də aşağı deyil. Hamı Kaşukun potensialını bildiyinə görə rəqib məşqçilər ona xüsusi diqqət ayırır. Mən ondan razıyam. Kollektivin lazımlı fiqurlarından biridir. Daha yaxşı olacaq.

- Qarşıda “Neftçi” ilə oyun gəlir. Bu matç barədə nə deyə bilərsiniz?

- “Neftçi”nin bəzi oyunları olub ki, məğlub olmalı deyildilər. Bizim “Neftçi” ilə matçlarda heç vaxt əvvəlki oyunların nəticələrinə baxılmayıb. Çünki bu, Azərbaycanda böyük derbidir. Nəticədən asılı olmayaraq, həm biz, həm də “Neftçi” oyuna hazırlaşır. Bu komandaya qarşı oynamaq həmişə futbolçular üçün xoş olub. O stadionda (“Neftçi Arena” - red.) yaxşı futbol ab-havası var. İnanıram ki, azarkeşlər üçün baxımlı oyun olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Fevral 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri