Icma.az
close
up
RU
Qurban Qurbanov: “Keçmişə qayıtmaq istəmirəm”

Qurban Qurbanov: “Keçmişə qayıtmaq istəmirəm”

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qarabağ" "Şamaxı"nı məğlub edib.

Apasport.az xəbər verir ki, matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Futbolçularımı təbrik edirəm. Vacib nəticədir. Oyun əlavə vaxta gedə bilərdi. İkinci hissədə oyunu tam ələ almışdıq. Bəzən səhvlərimiz olurdu. Qələbə çox vacib idi. Futbolçular düzgün oynamağa çalışdılar. Bir az yorğunluq hiss olunurdu. Qarşıdakı günlərdə yavaş-yavaş özlərinə gələcəklər. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Ayxan Abbasova uğurlar arzulayıram".

- Kadi Borgesi "8 nömrə" mövqeyində oynatdıq. Bu, gələcək üçün mesajdır?
- Kadi də o qabiliyyət var. Bu gün onu həmin mövqedə oynatmaq lazım idi. Pedro Bikalyo "Nyukasl" və "Sabah"la oyunlarda xeyli güc sərf etmişdi. Ona görə ehtiyat etdik. İstərdik ki, Kadi daha çox ön xətdə oynasın. Bəzən oyun quruculuğunda onun kimi oyunçunun bugünkü mövqedə olması lazımdır. Gələcəkdə belə rotasiyalar olacaq. Montiel də oorada oynaya bilər və ya yerlərini dəyişə bilərik. Futbolçuların bir neçə mövqedə oynamaq qabiliyyətinin olması sevindirici haldır.

- Yarımfinalda rəqibiniz "Sabah" ola bilər. Bu oyunlardan gözləntiniz nədir?
- Yarımfinalda kimlə oynayacağımızın fərqi yoxdur. "Sabah"la oyunlar azarkeşləri daha çox stadionlara cəlb edir.

- "Sabah"ın prezidenti Maqsud Adıgözəlov müsahibəsində bildirib ki, Qurban Qurbanov ötən mövsüm kubokun finalındakı qələbəmizə kölgə salıb. Buna cavab verəcəksiz?
- Keçmişə qayıtmaq istəmirəm. Bu suala cavab verməyəcəm. Oyunun gedişatında olan şeylər orada da qalır. Keçmişə qayıtmağı xoşlamıram.

- Aprel ayında "Sabah"la 3 dəfə qarşılaşa bilərsiz. Bundan əlavə "Neftçi" ilə oyun da var. Həmin ərəfədə milli komandaların oyunları ilə bağlı fasilə də olacaq. "Qarabağ" belə qrafikə hazırdır? Bunun öhdəsindən gələ biləcəksiz?
- Gəlməyinə gələcəyik. Bütün oyunları oynamalıyıq. Yorğunluq, hansısa psixoloji gərginlik ola bilər. Bu, futbolçunun həyatıdır, məşqçilərin işidir. İstənilən oyuna futbolçuları kökləməliyik. Əlbəttə ki, bəzən bu, alınmır. Hər oyuna maksimum nəticə üçün çıxacağıq.

- Sanki son vaxtlar "Qarabağ"ın üzərində təzyiq çoxdur. Bu fikirlə nə dərəcədə razısınız?
- Psixoloji gərginlik var. İlboyu sıx qrafikdə oyunlar keçirmək asan deyil. Hazırda elə bir vəziyyətdəyik ki sakit olmağa vaxt yoxdur. Hər matç ötdükcə tələblər də artır. Bizim məqsədlərimiz daim yüksəkdədir. Bu futbol həyatının normal gedişatıdır. Bəzi futbolçular bu gərginliyin ortasında gücdən düşmüş kimi görsənir. Biz bunu maksimum dərəcədə aradan qaldırmağa çalışırıq. 

- Qış fasiləsindədə də bəzi futbolçularınıza təkliflər də var idi. Yeni mövsümdə yenilənmış "Qarabağ" görə bilərikmi, yoxsa...?

- Hər şey gözlənilir. Ola bilər dəyişiklik az olsun, amma bizdən asılı olmadan səbəblərdən də çox ola bilər. Biz bu il həddindən artıq çox yükləndik. Oyun sayı əvvəlki illərə baxanda daha çox oldu. İstərdim ki, heyətimiz daha geniş olsun. Yeni mövsümdə əlimizdən gələni edəcəyik ki, heyət baxımından əziyyət çəkməyək. 

Millimizin heyəti açıqlanıb “Zirə”nin kapitanı 200-ə çatdı “Qarabağ” - “Şamaxı” matçının hakimi bəlli olub “Araz-Naxçıvan”da iki yenilik Saşa İliç: “Bu, planlarımızı pozdu”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://apasport.az
archiveBu xəbər 04 Mart 2026 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri