Keçmiş məmur Trampın islahatlarını ABŞ üzərində aparılan açıq ürək əməliyyatı adlandırıb
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu fikri Dövlət Departamentinin keçmiş rəsmisi Mayk Bens amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
“Amerikanı açıq ürək əməliyyatı edirik. Bu əməliyyat mütləq yerinə yetirilməlidir. Tramp administrasiyasının siyasi qərarları ilə 100% razı olsam da, özümü kömək etmək üçün əlimdən gələn hər şeyi etməyə borcluyam, çünki radikal islahatların ardınca yanlış hakimiyyət orqanlarına zərər vurmaq riski var. Səhv bir həkət etsəniz, xəstə masa üzərində ölə bilər”, - deyə o bildirib.
Benz qeyd edib ki, Trampın Ağ Evə qayıtmasından sonra ABŞ-ın xarici siyasətində baş verən “fundamental dəyişikliklər” “qlobal əhəmiyyətə” malikdir. “Bu həftənin əvvəlində çoxları ilk dəfə eşitdi ki, Ukraynada medianın 90%-i Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir, bir çoxları nə qədər Amerika mediasının USAİD tərəfindən maliyyələşdirildiyini indi anlayır”, - deyə bildirib.
“USAID-in reputasiyası onun fəaliyyətinin kvazi-xeyriyyə kimi qəbul edilməsi üzərində qurulub, baxmayaraq ki, heç bir xeyriyyəçilikdən söhbət gedə bilməz. Bu, ABŞ-ın xarici siyasətinin alətidir. Adında “yardım” sözü belə yoxdur, Beynəlxalq İnkişaf Agentliyidir”, - deyə keçmiş məmur vurğulayıb.
“The Washington Post”un yazdığına görə, məhz Benzin USAİD-i dəfələrlə tənqid etməsi Trampın dövründə ABŞ Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Maskı bu agentliyə diqqət yetirməyə vadar edib. Fevralın 3-də ABŞ administrasiyası faktiki olaraq USAID-in fəaliyyətini dayandırıb.
Qadir, Bizimyol.info
Baxış sayı:105
Bu xəbər 08 Fevral 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















