Keçmiş prezident və səfirdən rejimiə xəbərdarlıq: “İlluziyadan ayılın”
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran müharibədən sonra “Qələbə paradı” keçirərək, özünü qalib elan edib.
Tribunainfo.az xəbər verir ki, ötən günlərdə Tehranda keçirilən şadyanalıq cəmiyyətə zorla “qalib gəlmişik” mesajını yeritmək məqsədi daşıyıb.
Yerli mənbələr bildirirlər ki, dövlət qurumunda çalışanların meydana məcburi gətirilməsi sayəsində çoxlu sayda insan toplaya bilən rejim, analoji addımı əyalətlərdə həyata keçirə bilməyib.
İranın sabiq prezidenti Həsən Ruhani dünən açıqlamasında İsrail üzərində “qələbə”yə şübhə etmədiyini dilə gətirsə də, rejim mənsublarına xəbərddarlıq etməkdən də çəkinməyib. O bildirib ki, mövcud iqtidar illuziyalardan ayılmalıdır. “Bu gün İran aldığı zərbələri aradan qaldırmalı, gücünü bərpa etməlidir. Bunun üçün bir çox addımların atılmasına zərurət var. Atəşkəs daimi deyil. Sülh üçün insanların inam və həmrəyiliyini gücləndirmək lazımdır. Xalqın səsini eşitmək lazımdır”.
İranın Türkmənistandakı keçmiş səfiri Qulamrza Ənsari isə təklif edib ki, ölkə daxilində milli barışıq elan edilməlidir. “İranlılar arasında milli həmrəyliyin əsasını gücləndirmək lazımdır. Əks təqdirdə, daxildə xoşagəlməz vəziyyət yarana bilər”.
Fərda Uğur
Baxış sayı:143
Bu xəbər 26 İyun 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















