Keçmiş prezidentə ömürlük həbs Prokuror edamını tələb edirdi
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol üsyan və dövlət çevrilişinə cəhd ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.
Bakupost.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, prokurorluq keçmiş prezidentə ölüm cəzası verilməsini tələb edirdi.
Müttəhimin günahlandırıldığı hadisələr 2024-cü ilin sonunda baş verib. O zaman Yun Sok Yol parlamentlə münaqişə fonunda ölkədə hərbi vəziyyət elan etmişdi. Keçmiş prezident bununla bağlı açıqlamasında məqsədini “Şimali Koreya yönümlü anti-dövlət qüvvələrini aradan qaldırmaq” kimi izah etmişdi.
Hərbi vəziyyət elan edildikdən bir neçə saat sonra parlament bu qərarı ləğv edib. Daha sonra keçmiş prezidentin impiçmentini qəbul edərək onu vəzifədən azad edib və həbs etdirib.
Yun Sok Yolun hərəkətləri parlamentin fəaliyyətini iflic etmək və üsyanı təşkiletmək cəhdi kimi qiymətləndirilir. Onun əleyhinə bir neçə cinayət işi açılıb, üsyan işi isə ən ciddi ittiham hesab olunur.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Prokuror Vardanyanın ömürlük həbsini tələb etdi
18 Dekabr 2025 13:51
Prokuror keçmiş prezidentə ölüm hökmü istədi
13 Yanvar 2026 17:39
Cənubi Koreyanın keçmiş prezidentinə ömürlük həbs ömürlük həbs
19 Fevral 2026 19:25
Prokuror məhkəmədə onlara ömürlük cəza istədi
13 Noyabr 2025 22:15
Prokuror Vardanyana ömürlük cəza istəyir (Yenilənib)
20 Dekabr 2025 11:28
Baxış sayı:139
Bu xəbər 19 Fevral 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















