Icma.az
close
up
RU
Prokuror Vardanyana ömürlük cəza istəyir (Yenilənib)

Prokuror Vardanyana ömürlük cəza istəyir (Yenilənib)

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib.

Reyting.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edib.

Prokuror çıxışında Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.(APA)

***

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib.

Reyting.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs Ruben Vardanyan müdafiəçisi ilə məhkəmə zalında danışmaq istədiyini deyib.

Sədrlik edən onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxs müdafiəçisi Emil Babışov ilə danışdıqdan sonra ittiham tərəfi çıxış edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında xatırladıb ki, Vardanyan Ruben Karlenoviçin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bir ilə yaxın müddət ərzində çoxsaylı məhkəmə iclasları keçirilib, sənədlər və sübutlar tədqiq edilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib. İttiham tərəfi hesab edir ki, hazırkı proses üzrə təqsirləndirilən şəxsin törədilmiş çoxsaylı cinayət əməlləri üzrə təqsiri təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapıb.

İttiham tərəfi bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində formalaşdırdığı cinayətkar birliyə R.Vardanyanın qoşulana qədər və həmin mərhələdən sonrakı müddətlərdə törədilmiş cinayətlərdən bəhs ediləcək. V.Əliyev deyib: "Bütün bunlar ona görə vacibdir ki, Ruben Vardanyan qeyd edilən cinayətkar birliyə qoşularkən əməlinin ictimai təhlükəliliyini başa düşür, bu cinayətkar təşkilat tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı hansı cinayətlərin törədildiyini bilir, həmin cinayətlərin törədilməsinə növbəti mərhələlərdə davam edirdi".

Vurğulanıb ki, Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birlik tərəfindən 1988-1994-cü illər ərzində Azərbaycan Respublikasının Xankəndi şəhəri, Kəlbəcər, Şuşa, Laçın, Xocalı, Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı rayonları, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri, Ağdam, Füzuli rayonlarının rayon mərkəzləri və bir sıra kəndləri, Tərtər rayonunun bir sıra kəndləri işğal edilib. Həmin ərazilər dağıdılmaqla, yandırılmaqla, talan edilməklə və digər üsullarla xüsusi mülkiyyətə ziyan vurulub, insanlar evlərindən didərgin salınıb.

Prokuror çıxışının davamında R.Vardanyanın Xankəndi şəhərində yerləşmiş ofisinə baxış keçirilməsi barədə 26.10.2023-cü il tarixli baxış protokolu, əməliyyat məlumatları və digər sənədlərə istinad edərək bildirib: "Həmin sənədlərlə təsdiq edilib ki, təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində cinayətkar birliyə qoşulub".

Dövlət ittihamını müdafiə edən prokuror çıxışında R.Vardanyanın Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmiş "VoMa" adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə (Levani) əlaqələrindən, "WhatsApp" mobil tətbiqi vasitəsilə danışıqlarından də bəhs edib. Qeyd edilib ki, "VoMa" 2013-cü il yanvarın 11-də təsis edilib, Ermənistan Respublikasında, eləcə də Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində cinayətkar birliyin (təşkilatın) struktur bölməsi kimi mütəşəkkil dəstə şəklində fəaliyyət göstərib.

Keçirilmiş əməliyyat tədbirləri zamanı V.Vartanovun mütəmadi əlaqə saxladığı R.Vardanyanla "VoMa" terror təşkilatında döyüşçülərin və təlimatçıların hazırlanması, təlimlərin təşkili və bununla da Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan Silahlı Qüvvələrinə qarşı terror aktlarını törətmələri və döyüşlərdə iştirak etmələrinə dair müzakirələr apardıqları, eləcə də bu terrorçu təşkilatın və onların üzvlərinin maliyyələşdirilməsini R.Vardanyanın öz üzərinə götürdüyü müəyyən edilib.

Prokuror bildirib ki, R.Vardanyana elan edilmiş növbəti ittiham Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməsi ilə bağlıdır. İttihama əsasən o, cinayətkar birliyin ümumi cinayətkar niyyət və məqsədlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayında cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olan mütəşəkkil dəstə halında, xarici ölkə vətəndaşı olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar, Ermənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanda məskunlaşıb. İttiham tərəfi hesab edir ki, həmin əməlin törədilməsi də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapıb. Belə ki, Ruben Vardanyan saxlanılarkən üzərində olmuş əşyalara 27 sentyabr 2023-cü il tarixdə baxış keçirilməsi haqqında protokoldan görünür ki, onun 1 ədəd qara rəngli çantasında digər əşya və sənədlərlə yanaşı, təqsirləndirilən şəxsə məxsus Ermənistan Respublikasının "AU319012" nömrəli xarici pasportu və ona məxsus sürücülük vəsiqəsi aşkar edilib və baxış keçirilib.

Bundan əlavə, davam edən baxış zamanı R.Vardanyanın 2022-ci ilin sentyabr ayının əvvəllərində qanunsuz olaraq Azərbaycan Respublikasının Qarabağ bölgəsinə gəldikdən sonra bir neçə dəfə ölkə ərazisini tərk edərək müxtəlif ölkələrə getdiyi və sonradan yenidən qanunsuz olaraq Azərbaycan Respublikası ərazisinə qayıtdığı müəyyən edilib. Həmin sənəddə onun Azərbaycan Respublikasına qanuni daxil olmasını təsdiq edən hər hansı qeyd, möhür və sair müəyyən edilməyib.

Həmçinin R.Vardanyan Xankəndiyə gəldikdən sonra onun maliyyələşdirməsi nəticəsində Vətən müharibəsində Azərbaycan Respublikasının Ermənistanın işğalından azad etdiyi suveren ərazilərinin hüdudlarında minalanma işləri aparılmağa başlanıb. Həmin minalar Laçın yolu vasitəsilə Ermənistandan Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə gətirilib. Xankəndidə yaşayan ermənilər minalanma işlərinin R.Vardanyan gələndən sonra geniş vüsət aldığını bildiriblər.

Bundan başqa, R.Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında hərbi anbarlar təşkil edilib. Həmin anbarlarda onun muzdla saxladığı Ermənistandan gələn hərbçilər, Qarabağdan seçdiyi hərbçilər fəaliyyət göstərib. Anbarlara R.Vardanyan tərəfindən gətirilmiş xeyli sayda silah və döyüş sursatları, habelə pilotsuz kvadrakopterlər və digər pilotsuz uçuş aparatları yerləşdirilib.

Qeyd edilib ki, R.Vardanyana elan edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmış növbəti ittiham "Nemezis-2" terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürməsi ilə bağlı olub.

Bundan başqa, R.Vardanyanın cinayətkar birliyin (təşkilatın) ümumi cinayətkar niyyəti və məqsədlərinə uyğun olaraq Ermənistanın siyasi-hərbi rəhbərliyinin dəstəyi və nəzarəti altında Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində qanunsuz və beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərən qeyd edilən cinayətkar birliyə (təşkilata) daxil olan silahlı birləşmələri hərbi texnika ilə təchiz etmək məqsədilə 2023-cü ilin sentyabr ayı ərzində yükqaldırma qabiliyyəti 180 kq, istifadə məsafəsi 70 km təşkil edən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının istehsalı olan "Malloy" tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması istiqamətində fəaliyyət göstərdiyi də məlum olub.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışının davamında təqsirləndirilən şəxsə ittiham olunduğu hər bir cinayət əməlinə görə təyin edilməli cəzaya dair dövlət ittihamını müdafiə edən prokurorların təkliflərini səsləndirib.

V.Əliyev çıxış zamanı, həmçinin, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını, irəli sürülmüş bəzi ittihamlarla müqayisədə təqsirləndirilən şəxsin əməllərinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini məhkəməyə təklif edib.

Təklif olunub ki, Vardanyan Ruben Karlenoviç Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə hücum etmə, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinə görə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını həbsxanada çəksin.

Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 2023-cü il sentyabrın 27-dən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin olunub(Azertac)


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Dekabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri