Icma.az
close
up
RU
KEÇMİŞ PROKUROR HAQDA ŞOK İTTİHAMLAR “Oğlumu həbsdən çıxaracağını deyərək, məndən 8 min manat aldı...”

KEÇMİŞ PROKUROR HAQDA ŞOK İTTİHAMLAR “Oğlumu həbsdən çıxaracağını deyərək, məndən 8 min manat aldı...”

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Ağdam rayonu, Kəngərli (Pirhəsənli) kəndində  qeydiyyatda olan, 1993-cü ildən Yevlax şəhəri, 32-ci məhəllə bina 3, mənzil 9-da ailəlikcə müvəqqəti məskunlaşan Rüstəmov Hüseyn Əli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidovdan şikayət edən H.Rüstəmovun məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Redaksiya!

Yazıb sizə bildirirəm ki, oğlum Teymur Rüstəmov 07 dekabr 2022-ci il tarixində həbs olunub. Ona məhkəmənin hökmü ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkməkdədir.

Qeyd edim ki, oğlum həbs olunduqdan sonra mən İbrahim adlı şəxsin vasitəsilə Bakı şəhəri, Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidovla tanış oldum. İlk tanışlığımız zamanı o, məndən oğlumun hansı səbəbdən həbs olunduğunu, cəzasını hansı cəzaçəkmə müəssisəsində çəkdiyini, neçə azyaşlı övladı olduğunu və s. haqda məlumatları öyrəndi. Mirələkbər Seyidov daha sora mənə “geniş əlaqələrim var, istəsən müəyyən xərcin qarşıllığında oğlunu həbsdən azad etdirə bilərəm", - dedi. Düzdür, mən bir ata olaraq oğlumun həbsdən azad olmasını istəyirdim. Çünki hər gün Teymurun azyaşlı övladlarının mənə “baba, atam hardadır, biz atamızı istəyirik, atamız nə vaxt gələcək?”, - deyə verdikləri suala cavab tapa bilmirdim. Bu səbəbdən də Mirələkbər Seyidova razı olduğumu dedim.

Bildirim ki, bu məqsədlə bankdan kreditə pul götürdüm və üst-üstə ona 8 min manat pul verdim. Belə ki, həmin pulun müəyyən hissəsini onun göndərdiyi hesab kartına ("Leo banka" məxsus 4098584464261484 hesab kartına) köçürdüm, müəyyən hissəsini isə əlbəəl verdim. Hesab kartlarına köçürdüyüm pulların ödəniş qəbzləri məndədir. Əlbəəl verdiyim pulları isə ona çatdıranda yanımızda Fəqani adlı şəxs də olub. Sonuncu dəfə 2023-cü ilin mart ayında Mirələkbər Seyidova 3 min manat pulu Bakı şəhərində vermişəm.

Qeyd edim ki, bu şəxs oğlumu həbsdən çıxaracağına vəd versə də, indiyə kimi heç bir iş görməyib. Buna görə də 2023-cü ilin aprel ayından dirəniş göstərib, ondan verdiyim pulları geri qaytarmasını tələb edirəm. Buna baxmayaraq, hələ də Mirələkbər Seyidov mənə minbir bəhanələr danışır. Bir sözlə, nə işi həll edir, nə də verdiyim pulları özümə qaytarır.

Bankdan kreditə pul götürdüyümə görə, hazırda hər ay banklara 800 (səkkizyüz) manat pul ödəyirəm.

Mən ali təhsilli deyiləm və lazımi sənəd işlərindən də başım çıxmır. Belə bir səbəbdən də Mirələkbər Seyidovla tanış olduqdan sonra, uzun illər ərzində prokurorluq orqanlarında işlədiyini bilib, ona inandım. İndi isə çox səhv etdiyimi başa düşürəm.

Bütün bunları əsas tutaraq, səlahiyyətli qurumlardan kömək istəyirəm. Xahiç edirəm ki, Binəqədi rayonunun keçmiş prokuroru Mirələkbər Seyidova verdiyim pulun ondan geri alınması üçün mənə köməklik göstərilsin.

Ümid edirəm ki, aidiyyəti qurumlar mənim düşdüyüm vəziyyəti və durumu nəzərə alıb, bu yöndə lazımı addımlar atacaqdır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Yanvar 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri