Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Keçmiş məktəb direktoru haqda şok ittihamlar ŞİKAYƏT

Keçmiş məktəb direktoru haqda şok ittihamlar ŞİKAYƏT

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Elvin Dadaşlı çoxsaylı qanun pozuntusuna yol verməkdə ittiham olunur

Salyan rayon sakinləri Babayev Tofiq Babacan oğlu və Dadaşov Fazil Ağababa oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Keçmiş məktəb direktorunun fəaliyyətindən narazılıq edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Yazıb sizə bildirirəm ki, Elvin Yadulla oğlu Dadaşlı 2022-2024-cü illərdə Salyan rayonu, Qaraçala qəsəbəsi, Arxarası kənd ümumi orta məktəbində, 28.08.2024-cü il tarixində isə Salyan rayonu, Kərimbəyli kəndi, Həsən Şahbazov adına tam orta məktəbində direktor vəzifəsində işləməyə başlamışdır. 07.04.2025-ci il tarixində isə işdən azad edilmişdir.

E.Dadaşlı hər iki məktəbdə işlədiyi müddətdə ciddi nöqsanlara yol vermişdir. Bununla əlaqədar Respublika Prokrorluğuna, Korrupsiya İdarəsinə, Prezidentə, Birinci vitse-prezidentə, Təhsil Nazirliyinə edilən şikayyətlərdən sonra Azərbaycan Respublikasının Baş Prokroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “qaynar xətti”nə daxil olmuş müraciətimizə “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq baxılmış və ümumtəhsil müəssisəsinə aid tədris pedoqoji sənədlərin aparılması və saxlanılması haqqında məlumatın tələblərinin kobudcasına pozulması müəyyən edilmişdir. Həmin nöqsanlara görə, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən müvafiq tədbirlər görülmüş və o, 07.04.2025-ci il tarixində Kərimbəyli kənd tam orta məktəbindən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir.

Əfsuslar olsun ki, Elvin Dadaşlının işdən azad edilməsini Şirvan-Salyan Regional Təhsil İdarəsi “direktorun öz ərizəsi”, “öz təşəbbüsü ilə işdən azad edilməsi” kimi göstərmişdir. Bu cür göstərilməsi Elvin Dadaşlı Qaraçala qəsəbəsi, Arxarası kənd ümumi orta məktəbində direktor işləyərkən Şirvan-Salyan Regional İdarəsinin sabiq müdiri Sənan Mənsimli ilə dostluq əlaqələrinin ən yüksək səviyyədə olmasından irəli gəlir. Sənan Mənsimli hal-hazırda Qarabağ Regional Təhsil İdarəsinə rəhbərlik etsə də, həm də Şirvan-Salyan Regional İdarəsinə öz dostları Hüseyn Hüseynli, Müşviq Dadaşov və digər həmyerlilərini yerləşdirməklə, oranı da idarə edir.

Elvin Dadaşlını Kərimbəyli kənd orta məktəbindən işdən azad edildikdən sonra, Sənan Mənsimli onu da öz yanına apararaq, Ağdam rayon sektorunda ona iş vermişdir. Sual olunur: Salyan rayonu, Qaraçala qəsəbəsi, Arxarası kənd ümumi orta və Kərimbəyli tam orta məktəbindən kobud nöqsanlarla işdən azad edilmiş Elvin Dadaşlını Sənan Mənsimli nə məqsədlə məhz Qarabağ Regional Təhsil İdarəsinə aparmış və işlə təmin etmişdir? Hansı bağlardır ki, Elvinlə Sənan Mənsimlinin əlaqələrini birləşdirir?

Elvin Dadaşlının iki məktəbdə qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Prokrorluğuna, Birinci vitse-prezidentə, Təhsil Nazirliyinə və digər təşkilatlara yazılan şikayətlərlə əlaqədar Salyan Prokrorluğunun böyük müstəntiqi, II dərəcli hüquqşünas Yaqubov Amil Fərhad oğlu tərəfindən araşdırma aparmışdır. Bildiririk ki, Amil Yaqubov araşdırmanın tam, hərtərəfli və şəffaf aparıldığını qeyd etsə də, ərizədə göstərilən bəzi ciddi nöqsanların üzərindən səthi keçməklə araşdırma həyata keçirilmişdir. Belə ki, şikayət ərizəsindən sonra məktəbin direktoru Elvin Dadaşlı Salyan Rayon Prokrorluğuna çağrılmış və ondan, eləcə də Elvin Dadaşlıya yaxın müəllimlərdən izahatlar alınmışdır. Fazil və Bəhruz müəllimin dediklərinə məhəl qoyulmamış və qeyd olunan nöqsanlar açılmamış qalmışdır.

Ərizədə göstərilən nöqsanlar məktəbdə araşdırılma aparılmadan, bəzi müəllimləri prokrorluğa dəvət etməklə araşdırılmışdır. Məsələn, Elvin Dadaşlı Arxarası məktəbinin direktoru vəzifəsində çalışan zaman VI sinif şagirdi olan oğlu 15 sentyabr 2024 cü il tarixindən 3 mart 2025-ci il tarixinə kimi həmin məktəbdə jurnalda adı olub, özü isə məktəbə gəlməyib. Bunun üçün də müəllimlər ona qiymət yazmayıblar. Elvin Dadaşlı Kərimbəyli məktəbinə keçəndən sonra, 2025-ci il martın əvvəlindən onu Kərimbəyli məktəbinə  yerdəyişmə etmiş və 1ay sonra isə Xalac kənd orta məktəbinə keçirmişdir. Elvin izahatında yazır ki, yerdəyişmə açılmadığı üçün onu müvəqqəti olaraq Kərimbəyli məktəbinə gətirib. Bəs, hansı əsasla yerdəyişmə təsdiqlənməmiş oğlunu Kərimbəyli məktəbinə gətirib? Bu uşağın sonrakı taleyi necə olacaq? Qiymət almadan sinifdən sinfə necə keçəcək?

Salyan prokrorluğuna çagrılan Arzu Əliyeva öz izahatında yazır ki, hal-hazırda Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbində direktor işləyir, arxarası məktəbində işlədiyi dövrdə Elvin Dadaşlıya əlavə dərs saatına görə pul verməyib. Ancaq Arzu Əliyeva səs yazısında deyir ki, “mənə verəcəyi əlavə dərs saatına görə Elvin Dadaşlıya 700 manat pul verəcəm. Həmin pulun 300 manatını Elvinin  atasının kartına atdım. Qalan 400 manatı isə sonra atacam”. Lakin sonradan aralarında problem yarandığı üçün qalan məbləği ona verməyib.

Qaraçala qəsəbəsi, Arxarası kənd ümumi orta məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Zeynalov Bəhruz Zöhrab oğlu öz izahatında bildirib ki,18 saat dərs yükünü Elvin Dadaşlı ondan alaraq vakansiyaya çıxarmış və ona 11 saat dərs vermişdir: “Hansı ki, mən həmin məktəbdə uzun illərdir çalışıram. Əlavə olaraq Elvin Dadaşlı bildirmişdir ki, mənə 700 manat ver, sənə 2 saat dərnək verim. İmkanım olmadığı üçün o pulu verə bilmədim O da dərsimi alaraq vakansiyaya çıxardı və mənə 12 saat dərs verməklə kifayətləndi.

Əhmədova Şövkət müəllim izahatında bildirir ki, Elvin Dadaşlı Arxarası məktəbində işlədiyi müddətdə normal çalışıb. Hansı ki, 2018-ci ildə riyaziyyat səhifəsi mart ayından sonra yazılmamış, ancaq Elvin Dadaşlı əmək haqqını almışdır. Bundan başqa, riyaziyyat fənni səhifəsi bəzi səhifələrdə Elvinin adında olsa da, başqa riyaziyyat müəllimi tərəfindən yazılmışdır. Xətlər yoxlanılarsa, bu, üzə çıxacaq.

Görüldüyü kimi, Salyan Prokrorluğunda aparılmış yoxlamaların nəticələri obyektiv, şəffaf və hərtərəfli aparılmamış və düzgün qərar verilməmişdir. Odur ki, aidiyyəti qurumlardan xahiş edirik, aşağıdakı qanyunsuzluqlar da yoxlanılmaqla, işin yenidən şəffaf, məqsəd güdülmədən yoxlanılmasına başlanılsın.

Digər faktları da diqqətinizə çatdırırıq:

- Səidə Şəmsəddin qızı Arxarası məktəbində müəyyən müddətdə məktəbə müəllim gətirilmişdir. Hansı məqsəd üçün? Məktəbin müəllimləri Səidə Şəmsəddin qızını görməyib və onu tanımadıqlarını bildiriblər.

- Elvin Dadaşlının Arxarası məktəbində direktor işlədiyi dövrlərdə Kimya fənni Ağayeva Tamella Əbülhəsən qızına verilmişdir. Halbuki, o, biologiya müəllimidir. Nəyə görə Elvin Dadaşlının direktor işlədiyi dövrlərdə Kimya fənni vakansiyaya çıxarılmamış və gizlədilmişdir?

- Elvin Dadaşlı Kərimbəyli kənd tam orta məktəbində direktor işlədiyi dövrdə - 2024-cü ilin noyabr, dekabr və 2025-ci ilin yanvar ayında keçrilmiş Bələdiyyə seçkilərində iştirak edən müəllimlərinin dərslərinin kimlər tərəfindən əvəz edilməsi, əlavə dərs cədvəli ilə uyğun olub-olmaması və əvəzolunma jurnalında necə əks olunması araşdırılsın. Əmr kitabı ilə əlaqəsi araşdırılsın.

- Kərimbəyli kənd tam orta məktəbində 2024-2025 tədris ilindsə yarımqruplara bölünən ingilis dili üzrə siniflər məktəbdə otaq çatmadığı halda bölünmüşdür. Otaq olmadığı halda siniflərin yarımqruplara bölünməsi maliyyə pozuntusu deyilmi?”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 İyul 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri