Icma.az
close
up
RU
“Keçmiş sovet respublikalarından yeganə Ermənistan sərhədlərini başqa dövlətə həvalə edib” Deputat

“Keçmiş sovet respublikalarından yeganə Ermənistan sərhədlərini başqa dövlətə həvalə edib” Deputat

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bu gün mübahisəsiz demək olar ki, dünyada bir nömrəli dövlət ABŞ-dır. Heç kim demir ki, ABŞ olan yerdə bütün problemlər həllini tapır, amma deyə bilərik ki, Birləşmiş Ştatlar olmayan yerdə ümumiyyətlə heç bir problem həllini tapmır. Bu mənada ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin tamamlanmasında, bölgədə normal münasibətlərə nail olunmasında çox müsbət təsiri olacaq”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, ABŞ-ın iştirakçılığı həm də Rusiyanı, İranı və digər bəzi ölkələri hansısa müdaxilələrdən çəkindirən amildir:

“Razılaşma Azərbaycanla Ermənistan arasında ikitərəfli qaydada əldə olunub, ABŞ müəyyən mənada bir himayə edən, təminatçı kimi bu prosesdə iştirak edir. Yəni bilavasitə müdaxilə etməsə də, belə deyək, əli bölgənin üzərində olur. Bu, vacibdir”.

Deputat söyləyib ki, Vaşinqton görüşündə həm Azərbaycan- Ermənistan məsələlərinin həllinə doğru, həm də ABŞ-Azərbaycan, ABŞ-Ermənistan münasibətlərində bir irəliləyiş əldə olundu:

“Yada salmaq istəyirəm ki, Paşinyan hökumətinin ABŞ-la münasibətləri çox isti idi. Demokratlar hakimiyyətdə olanda onu himayə edirdilər, onların xeyrinə qərarlar qəbul edir, diplomatik səylər göstərirdilər. Hərbi yardımlar etməyə başlamışdılar. Baxmayaraq ki, Ermənistan Rusiyanın müttəfiqidir, amma bu prosesə artıq start vermişdilər. Blinken getmək ərəfəsində Ermənistanla Strateji Tərəfdaşlıq Xartiyası imzaladılar. Onlar öncədən “stavkanı” Kamala Harrisə etmişdilər, amma sonda əliboş qaldılar. ABŞ-a hansısa şəkildə müraciət etməyə heç üzləri yox idi. Bu görüşlə Ermənistan demək olar ki, ABŞ-ın dəstəyini qaytarır. Bu, Paşinyan hökuməti üçün vacibdir. Düzdür, əvvəlki münasibət olmayacaq. Demokratların zamanında USAID-in xətti ilə balaca Ermənistana 100 milyon dollarlıq maliyyə yardımları edilirdi. İndi bu qurum yoxdur, amma ayrı xətlər var, hansılardan ki, Ermənistan yenə də özünə maliyyə və hərbi dəstəyi gözləyəcək. Eyni zamanda, Rusiya ilə münasibətləri korlanır. Bunlara bir çətir lazımdır ki, Rusiya gəlib Ermənistanı tam şəkildə əzməsin. Azərbaycan isə özünü daha sərbəst hiss edir, biz Bayden administrasiyasının təzyiqlərindən özümüzü kifayət qədər qoruduq. Azərbaycan Prezidenti seçkiyə 7-8 ay qalmış açıq şəkildə bəyan etdi ki, respublikaçılarla əməkdaşlığımız həmişə üstün olub və Trampın qələbəsini gözləyirik. Təbii ki, Tramp bunu yaddan çıxartmayıb və biz ABŞ-la ikitərəfli münasibətlərimizi irəli aparmaq üçün yaxşı şanslar qazandıq. Hamı müşahidə etdi ki, Tramp Azərbaycan Prezidentini necə qarşıladı, hansı münasibəti göstərdi, Paşinyanı necə qarşıladı. Bunlar hamısı əhəmiyyətlidir və bunu bütün dünya görür, həmin münasibətə uyğun şəkildə Azərbaycanla davranmağa başlayır. Bu, həm şimal qonşumuz, həm cənub qonşumuz, həm Avropa İttifaqı üçün təsirlidir. Bütün bu vacib məqamlar nəzərə alınmaqla səfər, görüşlər çox əhəmiyyətli idi. Nəhayət, sülh sazişinin mətni XİN başçıları tərəfindən paraflandı. Bu o deməkdir ki, razılaşma şifahi idi, indi XİN başçıları imzalarla onu təsdiqlədilər. Paralel olaraq Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə məktub ünvanlandı. Yəni müəyyən mənada, Əbu-Dabidə əldə olunmuş şifahi yol xəritəsi Vaşinqtonda üçtərəfli bəyanatla yazılı şəkildə öz əksini tapdı. Həmin yol xəritəsinə əsaslanaraq, Ermənistan-Azərbaycan normallaşma xətti müəyyən bir ardıcıllıqla qəbul edilib”.

Vaşinqton razılaşmalarından sonra İran və Rusiyadan gələn müxtəlif bəyanatlara diqqət çəkən R.Musabəyov bildirib ki, ABŞ İsraillə birgə İran üçün bir nömrəli düşməndir: “Təbii ki, İran Ermənistan sərhədində ABŞ-nin hansısa bir şirkətinin təhlükəsizliklə məşğul olmasından qorxur. Amma müdaxilə etmək imkanları məhduddur. Baxmayaraq ki, deyirlər İsrailə, ABŞ-a qalib gəldik, amma İran bu müharibədən hansı vəziyyətdə çıxdı. Ona görə də indi Vilayəti (İranın ali dini liderinin baş müşaviri - red.) bir şey deyir, prezident Pezişkian başqa bir şey. Bizim üçün vacib olan əsas rəsmi mövqedir və Pezişkian, Xarici İşlər Nazirliyi bəyan edir ki, ABŞ ilə razılaşma elə şəkildə həyata keçiriləcək ki, İranın maraqlarına toxunmayacaq.

Rusiyaya gəlincə, bu ölkədə hesab edirdilər ki, Ermənistan onların tam əlaltısıdır. İndi görür ki, əlindən çıxır, ABŞ-ın şirkəti əraziyə gələcək, Ermənistan sərhədində isə rus hərbçiləri dayanır. Bu məsələlər öz həllini tapmalıdır. Lakin bu, Ermənistanın problemidir. Zəhmət çəksinlər, öz dövlətlərinin sərhəd təhlükəsizliyini özləri təmin etsinlər. Keçmiş 15 sovet respublikaları arasında yeganə Ermənistandır ki, öz sərhədlərini başqa dövlətə həvalə edib. Məsələn, Tacikistanı götürək, baxmayaraq ki, Əfqanıstana görə kifayət qədər problemlərlə qarşılaşır, amma sərhədlərinin təhlükəsizliyini özü təmin edir. Ermənistan isə bunu başqa dövlətə həvalə edib. Bu məsələlər öz həllini tapmalıdır.  Amma bu, Ermənistanın, Paşinyan hökumətinin işidir”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri