Icma.az
close
up
RU
Keçmiş sovet respublikalarının əksəriyyəti Rusiyadan üz döndərir

Keçmiş sovet respublikalarının əksəriyyəti Rusiyadan üz döndərir

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Rusiya hökumətinin 2024-cü ilin aprelində açıqlanan daxili hesabatı göstərir ki, Kremlin ən yaxın müttəfiqlərlə əlaqələri pozulub. Buna səbəb Rusiyanın Ukraynaya qarşı müharibəsidir.
Reyting.az
-ın “Financial Times”ə istinadla verdiyi məlumata görə, hesabatdan aydın görünür ki, Qərbin sanksiya təzyiqi Kreml ilə onun yaxın ticarət tərəfdaşları arasında sıxıntı yaradıb.
Bildirilir ki, Moskvanın ambisiyaları Rusiyanı ABŞ, Avropa İttifaqı (Aİ) və Çinin iqtisadi təsir dairələri ilə rəqabət aparacaq Avrasiya ticarət blokunun mərkəzinə yerləşdirməklə qlobal ticarətə çıxışı bərpa etməkdir. Qeyd olunur ki, Rusiya hakimiyyəti Ukraynanın gələcəyi ilə bağlı Qərblə istənilən danışıqları geridə qoyacaq mühüm uzunmüddətli layihə kimi “makroregion” yaratmağı hədəfləyir.
Hesabatda deyilir ki, yeni blok Rusiyanı qlobal cənubla birləşdirəcək, hər tərəfə xammala çıxış imkanı verəcək, maliyyə və nəqliyyat əlaqələrini inkişaf etdirəcək və onları ümumi “dünya görüşü vasitəsilə birləşdirəcək”.
Hesabata görə, Qərb ölkələri Mərkəzi Asiya ölkələrini “kök və kötək” yanaşmasından istifadə edərək, sanksiyalara əməl etməklə hədələyirlər. Bu arada Rusiyanın müttəfiqləri Rusiya bizneslərini öz yurisdiksiyalarından sıxışdıraraq sanksiyalardan yararlanıblar.
Hesabatda etiraf olunur ki, Rusiya Mərkəzi Asiya ölkələrini öz orbitində saxlamaq üçün “uzun oyun oynamalı”dır. Sənəddə həmçinin bildirilir ki, Rusiyanın Ukraynaya qarşı müharibədə qələbəsi Qərbin sanksiya təzyiqlərinə son qoymaq üçün kifayət etməyəcək.
“Rusiya ilə sıx münasibətlər çətinliklər mənbəyi olacaq”, - hesabatda deyilir. Qeyd edilir ki, ölkələr “Rusiyaya münasibətdə öz mövqeləri ilə bağlı qərar verməli olacaqlar”.
Nəşr yazır ki, regionda ən böyük iqtisadiyyata malik Qazaxıstan Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib, Ukrayna ərazilərinin ilhaqını tanımaqdan imtina edib və Qərbin sanksiyalarına əməl etdiyini göstərməyə çalışır. Bununla belə, qonşu Qırğızıstan qətiyyətlə Rusiyanın tərəfinə keçərək Qərbin sanksiyalarından yayınma yolunda mühüm nöqtəyə çevrilib.
Hesabatda yalnız Belarus Rusiyanın ən uğurlu birləşmə nümunəsi kimi göstərilir.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://reyting.az
archiveBu xəbər 10 Fevral 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri