Icma.az
close
up
RU
Keçmiş sovet ölkələri sürətlə Rusiyadan uzaqlaşmağa məcburdur

Keçmiş sovet ölkələri sürətlə Rusiyadan uzaqlaşmağa məcburdur

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


“Azərbaycan prezidentinin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi kifayət qədər geniş əks-səda doğurub. Bu müsahibədə Azərbaycanın dövlət siyasətinin bütün istiqamətləri, o cümlədən Rusiya-Azərbaycan münasibətləri ilə bağlı məsələlərə aydınlıq gətirilib. Qeyd edilib ki, gərgin olan Rusiya-Azərbaycan münasibətlərinin səbəbkarı biz deyilik, Rusiyadır. Digər tərəfdən, prezidentin tariximizə səyahət etməsinin Rusiyada isterika ilə qarşılanması əsassız və məntiqsizdir. Nəzərə almaq lazımdır ki, prezident tarixdə olan fakta istinad edərək bildirib ki, 1920-ci ilin aprelində Azərbaycanın işğalından sonra ölkəmizin həm tarixi, həm də beynəlxalq hüquqla tanınan o zamankı ərazisi olan Zəngəzur bolşeviklər tərəfindən Ermənistana verilib və bununla da, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı əlaqədə problem yaradılıb. İndi bu fikirlərin Rusiyada isterika ilə qarşılanmasına səbəb odur ki, məhz Rusiya cəmiyyəti və ictimai fikiri düşünür ki, keçmiş müstəmləkələri məhz Rusiyanın sayəsində inkişaf ediblər, onların tarixləri olmayıb, dövlət qurmayıblar. Sən demə, məhz rus imperiyası Azərbaycana dövlət quruculuğu üçün imkanlar yaradıb, bizim elm və təhsil başda olmaqla, əldə etdiyimiz bütün naliyyətlər məhz Rusiyanın hesabına baş verib. Sözsüz ki, belə yanaşma indi Rusiyada mövcud olan imperiya düşüncələrinə dayanan xəstə fikirlərdir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında siyasi şərhçi Oqtay Qasımov Rusiyada Azərbaycana qarşı müşahidə edilən aqressiv və əsassız reaksiyaların səbəblərini şərh edərkən deyib.
“Rusiya-Ukrayna savaşı rus cəmiyyətində onsuzda mövcud olan şovinizmə dayalı imperiya təfəkkürlü düşüncənin ön plana çıxmasına səbəb olub. Onlar hesab edirlər ki, sən demə, Rusiya işğal etdiyi ərazilərə xoşbəxtlik gətirib, onları mədəni mühitə daşıyıb. Halbuki Rusiya işğal etdiyi əraziləri, xüsusilə Qafqaz, Orta Asiya, o cümlədən Sibir və hazırki Ukrayna ərazilərində böyük qətliamlara imza atıb. Qafqazda, üst-üstə götürdükdə milyondan artıq insan qətlə yetirilib. Məhz Rusiya hərbi komandanlığı tarixdə “Yandırılmış torpaqlar” taktikasını həyata keçirməklə xalqları nəzarətə almağa, onların torpaqlarını ələ keçirməyə çalışıb və buna xeyli dərəcədə nail olub”,- deyən O. Qasımov daha sonra əlavə edib:
“Azərbaycana gəldikdə, Azərbaycan Rusiya və Qacar imperiyaları arasındakı savaş nəticəsində bölünüb, onun bir hissəsi Rusiyanın tərkibinə keçib. Rusiya döyüş ruhunu öldürmək üçün məhz Azərbaycan gənclərini hərbi işlərdən uzaqlaşdırıb, onların hərbi vərdişlərinin itməsinə çalışıb və buna xeyli dərəcədə nail olub. Eyni zamanda, Rusiya məhz Azərbaycan ərazilərində erməniləri yerləşdirməklə iki toplum arasında nifaq salıb və bu nifaq üzərində özünün maraqlarını təmin etməyə çalışıb. Sovet dönəmində isə on minlərlə Azərbaycan ziyalısının, fikir adamının sürgünə göndərilməsi, yoxa çıxması, repressiya “dəzgahından” keçirilməsi mərhələsi yaşanıb. Həmçinin Azərbaycan torpaqları ermənilərə verilib. 1920-ci ilin Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi tanınan 114 min kvadratkilometr ərazinin 86,6 min kvadrat kilometr əraziyə salınması məhz Rusiyanın birbaşa iştirakı ilə həyata keçirilib. Yəni Azərbaycanın torpaqları Rusiya tərəfindən alınaraq Ermənistan və digər qonşu ölkələr arasında bölüşdürülüb, Azərbaycan əraziləri şüurlu şəkildə kiçildilib”.
Müsahibimiz əlavə edib ki, son 40 il müddətində məhz Rusiya tərəfindən Azərbaycanın tarixi ərazisi olan Qarabağda separatizmin körüklənməsi və idarə olunmasının şahidi olmuşuq:
“Rusiyadakı isterika belə məqamlarla bağlıdır. Onlar cinayətlərini etiraf etmək gücündə deyillər. Bu, artıq onların problemidir. Məhz belə düşüncə və davranış keçmiş sovet ölkələrini sürətlə Rusiyadan uzaqlaşmağa məcbur edir. Ələlxüsus, Ukraynada başladılan işğalçı müharibə bu prosesə sürətlə təsir göstərib”.
O. Qasımov hesab edir ki, Rusiya keçmiş müstəmləkəsi olmuş hazırki müstəqil dövlətlərin və zamanında dövlətlər qurmuş qonşuları ilə normal münasibətlər qurmayana qədər münasibətlərdə gərginliklər davam edəcək.
Y. QACAR
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Sentyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri