Icma.az
close
up
RU
Keçmişə və gələcəyə yollanmaq reallığa çevriləcək

Keçmişə və gələcəyə yollanmaq reallığa çevriləcək

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Əsas riyazi üsullardan istifadə etməklə zamanlara səyahət tam mümkündür. Elmi baxımdan artıq bunun nəzəri imkanlarını dəstəkləyən çoxlu sayda sübutlar əldə edilib.
Reyting.az
xəbər verir ki, bunu Avstraliyadakı Kvinslend Universitetinin tədqiqatçıları bildiriblər.
Elm adamları bir müddət öncə zamanda səyahət paradoksunu həll edib və bununla bağlı bütün sənədləri təqdim etməyə hazır olduqlarını açıqlayıblar.
Alimlərin "IOP Publishing" elm jurnalında dərc olunmuş məqaləsində qeyd edilir ki, zamanda səyahət əslində determinizmə və azad iradə prinsiplərinə zidd deyil. Bu isə onu sübut edir ki, gələcəyin öncədən müəyyən edildiyi görüntüsü olsa da, yenə onu və yaxud insanların “tale” adlandırdığı ardıcıllığı dəyişdirmək cəhdləri nəticəsiz qalacaq və bu, gözlənilməz nəticələrə səbəb ola bilər.
Bildirilir ki, yeni elmi nəzəriyyə qapalı zamanın dövrələrinə əsaslanır və burada əsas şərtlərdən biri səyahətçinin hərəkətindəki səbəb-nəticə əlaqələrinin qorunmasıdır. Elmi izaha görə, “zaman xətti” adlandırılan formula öz-özünə düzəliş xüsusiyyətinə malikdir.
"IOP Publishing" nəşrində yazılır ki, zamanın səyyahı ilk yoluxmuş insanı aradan qaldırmaqla, əgər var gücü ilə səy göstərirsə, həmçinin məqsədli şəkildə mübarizə aparmaqla, "COVID-19" pandemiyasının qarşısını almaqdan ötrü çalışırsa, onda ya o, özü xəstələnəcək, ya da bu rolu başqa şəxs öz üzərinə götürməli olacaq.
Universitetin digər bir əməkdaşı isə deyib ki, zamana səyahət mümkündür: “Keçmişə, hətta gələcəyə də yollanmaq nəzəri cəhətdən reallığa çevrilə bilər. Lakin prinsipcə, belə bir səyahət heç nəyi dəyişə bilməz. Keçmişə və ya gələcəyə müdaxilə isə mümkünsüzdür".
Yeni tədqiqatların nəticələri göstərib ki, zaman səyahəti potensial şəkildə həyata keçirilə bilər, lakin əsas faktor hadisələrin dəyişdirilməsinə imkan vermir. Alimlərin fikrincə, keçmişdə baş verən hər hansı bir müdaxilə yenə də hadisələrin gedişatının müəyyənləşdirilmiş məcraya qayıtmasına səbəb olacaq.
Alimlər qeyd ediblər ki, zamanda səyahətə yollanacaq bir insan əgər öz maraqlarına uyğun keçmiş hadisələrə, yaxud gələcəyə bilərəkdən müdaxilə etməyə çalışarsa, o zaman onun ölümü qaçılmaz ola bilər.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://reyting.az
archiveBu xəbər 31 Mart 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri