Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Keçmişə sayğı, gələcəyə ümid Şahanə Müşfiq yazır

Keçmişə sayğı, gələcəyə ümid Şahanə Müşfiq yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şahanə MÜŞFİQ

Fikrimcə, insan həyatına yalnız doğulduğu gün və bu gün arasındakı illər yox, həm də yazdığı sözlər, qoyduğu iz, toxunduğu ruhlar ölçü verir. Azərbaycan ədəbiyyatının müasir simalarından olan İlqar Fəhmi də məhz bu ölçü ilə tanınan söz adamlarımızdandır. Onun ömür payı hələ yarıda olsa da, yaratdığı əsərlər, dediyi sözlər, müdafiə etdiyi ideyalar onu artıq milli ədəbi yaddaşın vacib bir hissəsinə çevirib.

Sözlə nəfəs alan, sözdə yaşayan, sözdən yola çıxıb insanın ruhuna çatan qələm adamlarındandır İlqar Fəhmi. Yaradıcılığı ilə həm milli ədəbiyyatın dərin qatlarına enən, həm də müasir oxucunun düşüncəsinə işıq salan söz adamıdır.

Bir yazıçının yaradıcılığı yalnız yazdığı əsərlərlə deyil, həm də sözə yanaşma tərzi, ədəbiyyata gətirdiyi nəfəs, milli-mənəvi dəyərlərə baxışı ilə ölçülür. İlqar Fəhmi 50 illik ömründə Azərbaycan ədəbiyyatına məhz belə bir nəfəs gətirən, sözün fəlsəfəsini dərk edən, klassikanın təməl daşlarını müasir dövrün təfəkkürü ilə birləşdirən qələm sahiblərindəndir.

Onun zəngin ədəbi yoluna nəzər salanda görürük ki, İlqar Fəhmi təkcə yazıçı deyil, həm də düşüncə adamıdır. Poeziya, nəsr, esse, tərcümə - hər bir janrda öz sözünü deyib. O, dünya ədəbiyyatını Azərbaycan oxucusuna, Azərbaycan sözünü isə dünyaya təqdim etmək missiyasını daşıyan tərcüməçilərdəndir. Klassik şairlərin qəzəllərindən tutmuş Qərb romanlarının incəliklərinə qədər fərqli ədəbi qatlarda işləməyi bacaran, o ruhu asanlıqla duyan və təqdim edən ədəbiyyatçılardandır.

Muğam kimi axan ömür

Onun 50 illik ömür yolu muğamın sədaları kimi çoxqatlı, həm ahəngli, həm də improvizə ilə zəngindir. Uşaqlıq illərindən ədəbiyyata, poeziyaya maraq göstərməsi, milli söz mədəniyyətinin incəliklərini dərk etməyə çalışması onun gələcək yaradıcılıq istiqamətini müəyyənləşdirib. O, ədəbiyyatı sadəcə yazmaq üçün deyil, yaşamaq üçün seçənlərdəndir.

Oxucu onun mətnlərində bir növ "sözün içində gəzən" səyyaha çevrilir. Hər sətir, hər ifadə səni düşünməyə vadar edir: həyat nədir, insan hansı dəyərlərlə yaşamalıdır, keçmişlə gələcək arasında körpü necə qurulur, tarix bizə hansı dərsləri verib? O, insan taleyini təkcə hadisələr toplusu kimi yox, mənəvi sınaqlar, daxili mübarizələr və ruhun axtarışları kimi təqdim edir. Onun fəlsəfəsi bəzən muğamın improvizə azadlığını xatırladır - əvvəlcədən yazılmış bir ssenari yoxdur, amma daxildə möhkəm qurulmuş harmoniya hökm sürür.

Muğam demişkən, İlqar Fəhminin yaradıcılıq yolu Azərbaycan ədəbiyyatında klassik irsə bağlılığın və müasirlik axtarışlarının paralel şəkildə yaşaya biləcəyini sübut edir. O, bir tərəfdən qəzəl, muğam kimi milli mədəniyyətin sütunlarını bədii mətndə yaşadır, digər tərəfdən isə bu dəyərləri çağdaş insanın düşüncə dünyasına uyğun şəkildə təqdim edir. Ədəbiyyat onun üçün nə keçmişin tozlu xatirəsi, nə də dəbə uyğun müvəqqəti bir oyundur, söz onun üçün həm yaddaş, həm də gələcəkdir.

Muğam onun üçün sadəcə musiqi janrı deyil, milli yaddaşın kodu, azərbaycanlı ruhunun səsi, əsrlərin ötəsindən gələn ahəngdir. Muğamın çoxqatlı melodiyası kimi, onun mətnləri də çoxqatlıdır: birinci qatında hadisələr, ikinci qatında isə dərin mənalar, hələ açılmamış türlü-türlü sirlər gizlidir. Necə ki, muğamın hər şöbəsi öz duyğusunu, öz hekayəsini danışır, İlqar Fəhminin hər əsəri də ayrı bir ruh halını ifadə edir. Bu əsərlərdə bəzən kədərin zərifliyi, bəzən də ümidin işığı hiss olunur.

Onun üçün söz və musiqi arasında görünməz bir bağ var. Muğamın sədaları ilə bədii mətnin ritmi onun yaradıcılığında bir nöqtədə birləşir. O, bəzən hekayəsində muğamın improvizə gücünü, bəzən esse mətnində qəzəlin incə qafiyəsini hiss etdirir. Onun yaradıcılığı sübut edir ki, ədəbiyyat da musiqi kimi, insan ruhunun ən dərin yerlərinə toxuna bilir. Elə buna görə də onun yazıları yalnız oxunmur, həm də dinlənilir. Oxucu mətnin sədasını qulağında eşidir, sözün daxili ritmini hiss edir.

Qəzəl qanadında klassikaya sadiqlik

Milli dəyərlərə bu bağlılıq onu həm klassik irsin qoruyucusu, həm də müasir ədəbiyyatda ənənə ilə yeniliyi birləşdirən körpü kimi göstərir.

İlqar Fəhmi yaradıcılığında qəzəl xüsusi yer tutur. Qəzəl onun üçün keçmişdən gələn bir poeziya forması olmaqla yanaşı, bu gün də canlı və nəfəs alan bir ifadə vasitəsidir. İlqar Fəhmi qəzəlin sadəcə formal gözəlliyini yox, həm də fəlsəfi-ruhani mahiyyətini qiymətləndirir. Onun mətnlərində bəzən bir qəzəl beyti bütün bir fəlsəfi fikrin açarı olur. Klassik qəzəl forması İlqar Fəhminin mətnlərində bəzən bir obrazın dilində, bəzən hekayənin ritmində, bəzən də esse mətninin fəlsəfi dərinliyində boy göstərir.

Düz 11 il öncə - ədəbiyyatımızda sərbəst şeirin daha da yayğınlaşdığı, gənclərin ən çox bu janra üz tutduğu bir dövrdə Yazıçılar Birliyinin mənim də müdavimlərindən olduğum Gənc Ədiblər Məktəbində İlqar müəllimlə görüş keçirilmişdi. Həmin görüşdə şair biz gənclərə bir çox tövsiyələr vermiş, ədəbiyyatla, poeziyayla bağlı düşüncələrini, təcrübələrini bölüşmüşdü. Amma həmin görüşdə onun qəzəl janrı haqqında dediklərini, əruza duyduğu sonsuz sevgini bu gün də unuda bilmirəm. Gənc həmkarlarımdan birinin niyə şeirdən nəsrə keçdiyi ilə bağlı sualına İlqar Fəhminin verdiyi cavabda mənim diqqətimi məhz əruza olan o sevgi cəlb etmişdi: "Əslində, mən nə yazsam da, yenə qəzəlxanam. Romanım da, ssenarilərim də qəzəlin qırıntılarıdır. Əruz mənim ürəyimin döyüntüsüdür. Sənət növlərinin asan yazıldığı bir dövrdə əruz kimi qəliz bir janrdan yapışmaq özü bir qəhrəmanlıqdır. Çünki sən elə yazmalısan ki, fikirlərini formaya sala biləsən".

Bu bağlılıq təsadüfi deyil. Qəzəl onun üçün yalnız söz oyunu və bədii forma deyil, həm də milli düşüncənin poetik təcəssümüdür. Klassik poeziyanın obrazlar sistemi, rəmzləri, ritmi onun əsərlərinə sirayət edib, onları daha zərif və eyni zamanda daha dərin edib.

Fəlsəfənin səssiz sədası

İlqar Fəhminin əsərlərində diqqət çəkən cəhətlərdən biri də, heç şübhəsiz, onun fəlsəfi baxışlarıdır. Onun hər cümləsinin arxasında həyatın mənasına dair suallar gizlənir: insan kimdir, zaman nədir, yaddaş necə işləyir, tarix bizə hansı dərsləri verir? Bu suallara cavab axtararkən o, həm Şərqin hikmət ənənəsinə, həm də Qərbin fəlsəfi düşüncəsinə müraciət edir.

Onun mətnləri sanki bir düşüncə axınıdır - oxucuya birbaşa hökmlər vermir, amma düşünməyə, hiss etməyə, müqayisə aparmağa çağırır. Bəzən bu fəlsəfə muğamın improvizəsini xatırladır: əvvəlcədən yazılmamış, amma daxildə möhkəm qurulmuş bir harmoniya ilə irəliləyir.

Bu cümlələri yazarkən bu günlərdə Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin sosial şəbəkədə paylaşdığı bir mətni xatırladım. O bu mətndə İlqar Fəhmi və Fazil Mustafa kimi düşüncə adamlarımızın, filosoflarımızın dəyərindən söz açır, onların iki kitabını təqdim edirdi. İlqar Fəhmidən təqdim edilən kitab 2023-cü ildə çap olunan "Şərq arxetipləri" əsəridir ki, müəllif bu kitabdakı incə məqamlara toxunaraq oxucunun diqqətini əsərə cəlb edir:

"İlqar Fəhminin vaxtaşırı nəzər saldığım kitabında da məni heyrətləndirən məqamlar çoxdur. O, yazıçı və incəsənət adamı kimi muğama, klassik poeziyaya dərindən bələddir, bu kontekstdə xalqımızın arxetiplərini araşdırır. Qəzəl və nərd oyununun xalqın düşüncə tərzinə necə sirayət etdiyini və ya əksinə, düşüncə tərzimizin bunların yaranmasında rolunu maraqlı şəkildə təqdim edir, düşündürücü qənaətlərə gəlir.

Eyni zamanda, teatr və səhnə sənətinə münasibətimizin niyə avropalılar kimi deyil, soyuq və etinasız olduğunu, bunun əvəzində toy-düyün və dini mərasimlərə kütləvi şəkildə qatılmağımızın səbəblərini inandırıcı arqumentlərlə izah edir.

Müəllif "atalar və oğullar" problemini Avropa ilə müqayisə edərkən bizim cəmiyyətimizdə nədən daha çox "gəlin-qayınana" konfliktinin qabarıq olduğuna da maraqlı yozum verir".

Ədəbi mühitdə fikir adamı

İlqar Fəhmi təkcə yazıçı kimi yox, həm də ədəbi mühitin fəal iştirakçısı, hətta bəzən istiqamətvericilərindən biri kimi tanınır. Onun məqalələri, ədəbi polemikalardakı çıxışları, gənc yazarlara verdiyi dəstək və tövsiyələri göstərir ki, o, ədəbiyyata yalnız şəxsi yaradıcılıq kimi deyil, milli mədəniyyətin ümumi işi kimi baxır. Ədəbiyyat onun üçün estetik zövq məsələsi olmaqla yanaşı, milli kimliyimizin və mədəni irsimizin ən sağlam və ən zərif müdafiə vasitəsidir.

Onun mövqeyi bəzən sərt görünə bilər, amma bu sərtlik arxasında sözün təmizliyinə, dəyərlərin qorunmasına olan sadiqlik dayanır. O, ədəbi mühitdə modaya uyğun mövqelər deyil, vicdanın diktə etdiyi fikirlər səsləndirir.

Keçmişdən gələcəyə uzanan körpü

İlqar Fəhmi öz yaradıcılığında klassiklə müasir olanı, milli ilə ümumbəşəri olanı birləşdirir. Keçmişin dəyərlərini gələcəyə daşımaq üçün yalnız nostalji kifayət deyil - bu dəyərləri müasir oxucuya yeni bədii formalarda təqdim etmək lazımdır. İlqar Fəhmi məhz bunu bacaran yazıçılardandır.

Bu baxımdan son illərdə Azərbaycan teatr səhnəsində bir-birinin ardınca izlədiyimiz pyesləri, xüsusən, dövlət əhəmiyyətli illərə həsr olunmuş əsərləri ayrıca yer tutur. Onun "Nəsimi İlinə", "Nizami Gəncəvi İli"nə həsr etdiyi, ilin ədəbi yekunu kimi Əməkdar incəsənət xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadə ilə birlikdə araya-ərsə gətirdikləri "Mənəm mən", "İsgəndərə yeni namə" əsərləri, eləcə də Əməkdar incəsənət xadimi Bəhram Osmanov tərəfindən səhnələşdirilən "Son reportaj" və Əməkdar artist Nicat Kazımovun səhnə həyatı bəxş etdiyi "Balaca kişilər" əsərləri Azərbaycan teatr tarixində silinməz izqoyan tamaşalara çevrilib.

Onun yaradıcılığı sübut edir ki, milli mədəniyyətin sütunları yalnız qorumaqla yox, həm də daim yenidən yaradılmaqla möhkəmlənir.

Bu il İlqar Fəhmi 50 yaşını qeyd edir. Bu, ədəbiyyatda böyük təcrübə və zəngin yaradıcılıq yolu deməkdir. Amma eyni zamanda bu yaş hələ yeni ideyaların, yeni əsərlərin başlanğıcıdır. Onun yaradıcılığında artıq möhkəm təməl var, amma hələ qarşıda yazılacaq çox mətn, cavabını tapacaq çox sual var.

O yazmaqla, tərcümə etməklə, milli dəyərləri təbliğ etməklə, gənc qələm sahiblərinə örnək olmaqla ədəbiyyata xidmət edib, edir. Bu xidmətlərin arxasında təkcə yazıçı əməyinin zəhməti yox, həm də sözə, mədəniyyətə və xalqa bağlı bir ömür dayanır.

Bu yubiley təkcə bir ömrün mərhələsi deyil, həm də oxucular üçün İlqar Fəhminin söz dünyasına yenidən nəzər salmaq, onu daha dərindən kəşf etmək fürsətidir.

İlqar müəllim, "525-ci qəzet"in kollektivi olaraq, sizi əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edirik! Sözünüz daim muğam kimi dərin, qəzəl kimi zərif, həyat kimi rəngarəng olsun. Sizə möhkəm cansağlığı, bitməz yaradıcılıq enerjisi və hər zaman ruhunuzu qidalandıran ilham arzulayırıq!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16936

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1006

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see248

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see224

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see143

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see141

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see138

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see135

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see134

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see130

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see129

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see127

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see127

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see127

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see125

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see125

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see125

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see123

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri