Icma.az
close
up
RU
Sarsılmaz qardaşlıq nümunəsi: “Sevincimiz də, kədərimiz də birdir”

Sarsılmaz qardaşlıq nümunəsi: “Sevincimiz də, kədərimiz də birdir”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasiminin keçirilməsi təkcə sosial infrastruktur layihəsi deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təməl üzərində qurulduğunu bir daha nümayiş etdirdi.

İki dövlət başçısı – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə baş tutan bu tədbir həm siyasi, həm də mənəvi baxımdan olduqca simvolik məna daşıyır.

Bu mərasim, həmçinin zəlzələdən zərər çəkmiş insanların həyatına qayğı və diqqətin, türk dünyasında həmrəylik və birlik ruhunun real təzahürüdür. Məhz bu baxımdan məsələyə ekspert səviyyəsində yanaşmaq və onun strateji, humanitar və ictimai əhəmiyyətini qiymətləndirmək zərurəti yaranır.

Bununla bağlı "Cebheinfo.az"-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılması Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının yeni, bariz və tarixi bir göstəricisi oldu.

"Dünya bir daha şahidlik etdi ki, Azərbaycan və Türkiyə xalqları üçün qardaşlıq və dostluq anlayışı yalnız söz deyil, əməldə öz təsdiqini tapan dəyərdir. Azərbaycan, Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra qardaş ölkəyə yardım edən ilk dövlət oldu.

Türk xilasedicilərindən sonra say baxımından ən çox xilasedici məhz Azərbaycandan göndərildi. İki səyyar hospital quruldu, 56 nəfər dağıntılar altından xilas edildi, 300-dən çox insana isə yerində tibbi yardım göstərildi. Bu hospitallar yerli əhalinin də istifadəsinə açıq idi.   

Həmin dövrdə Azərbaycan dövləti zəlzələdən zərər çəkmiş insanlara 1 milyard ABŞ dollarından çox dəyərdə yardım göstərdi. Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin salınması isə bu humanitar dəstəyin davamı və daha da dərinləşmiş rəmzinə çevrildi. Bu bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdədirlər: sevincləri də, kədərləri də birdir".

Millət vəkili qeyd edib ki, bu birlik yalnız mənəvi dəstək deyil, konkret infrastruktur layihələrində də öz əksini tapıb:

“Belə ki, Kahramanmaraşda Azərbaycan tərəfindən 90-dan çox binada 1 200-dən çox mənzil tikilib. Ümumilikdə isə şəhərdə Türkiyə dövləti tərəfindən 3 600 mənzilin inşası nəzərdə tutulub və bunun təqribən 30 faizi məhz Azərbaycan tərəfindən həyata keçirilib.

Bununla yanaşı, ərazidə məktəb, uşaq bağçası, istirahət mərkəzi və digər sosial obyektlər də tikilib və istifadəyə verilib.  
Azərbaycan və Türkiyə prezidentlərinin Kahramanmaraşda keçirilən açılış mərasimindəki çıxışları bir daha göstərdi ki, hər iki lider bu qardaşlığı daha da möhkəmləndirmək əzmindədir.

Kahramanmaraş sakinlərinin Prezident İlham Əliyevə "Qarabağın fatihi" deyə müraciət etməsi və onu coşqu ilə qarşılamağı, eyni zamanda türk dünyasında ona göstərilən yüksək ehtiram, cənab Prezidentin bu coğrafiyada da ümumxalq nüfuzunun göstəricisidir”.

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: İlham Əliyev Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsi Aydın Mirzəzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri