Icma.az
close
up
RU
“Kefdən getmirik...” Məhərrəmlikdə də toy? + Məşhurlar etiraf edir

“Kefdən getmirik...” Məhərrəmlikdə də toy? + Məşhurlar etiraf edir

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayıb. Hicri təqvimin ilk ayı olan Məhərrəm İslam aləmində hüzn və matəm ayı kimi qəbul olunur. Bu ilin Aşura günü – İmam Hüseynin (ə) Kərbəlada şəhadətə çatdığı gün – iyulun 5-nə təsadüf edəcək. Həmin gün ölkədə dini mərasimlərlə yad edilir. Məhərrəmlik dövründə musiqi səsləri susur, toylar, şənliklər keçirilmir. Çörəyi əsasən məclislərdən çıxan müğənnilər isə bu ayda işsiz qalır. 

Bəs onlar Məhərrəmliklə bağlı nə bilirlər və dəvət olsa, toya gedirlərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən müğənni Afət Fərmanqızı Məhərrəmlik ayında mahnılar yazdırdıqlarını və yeni sezon üçün paltarlar tikdirdiyini bildirib:

“Məhərrəm ayında mahnılar yazdırırıq, kliplər üçün hazırlıqlar edirik. Eyni zamanda sezon üçün paltarlar tikdirirəm. Eyni zamanda müəyyən serialları izləyirəm. Ev-eşiyə əl gəzdirirəm. Hazırda yeni bağ evi almışam ora ilə məşğul oluram”.

Müğənni, eyni zamanda, toya dəvət aldığı halda, iştirak etdiyini bildirib:

“Bu ayda toya dəvət alsaq, qəbul edirik. Çünki bəzi bölgələr var ki, Məhərrəmlikdə də toy edir. Bu da bizim işimizdir. Kefdən getmirik. Toylara getməmək isə mənim maddi vəziyyətimə təsir etmir. Çünki bunu sadəcə iş xətrinə edirəm”.

Müğənni Xuraman Şuşalı isə Məhərrəmlik ayı yaya təəssadüf etdiyi üçün rayonlara üz tutacağını deyib:

“Məhərrəmlik ayı istirahət ayı deyil. Bu ay İmam Hüseyn sevənlər üçün ən ağır aydır. Allah Kərbala şəhidlərinə rəhmət etsin. Məhərrəmlik ayı yaya düşdüyü üçün uşaqlarla 30 günlük tətil planımız var. Bakıda yox, rayonda olacağıq. Nabran, Quba, Qusar tərəflərdə olacam. O da yaya görə. Uşaqlar dərsdə deyil, bizdə də toy olmayacaq deyə, planımız belədir”.

İfaçı həmçinin, bu aylarda dəvət alsa belə, şənlik olan məclislərdə iştirak etməkdən çəkindiyini söyləyib:

“Məhərrəmlik aylarında toy idarəetməsi götürmürəm. Dəvət alsaq da, ağır günlərdə şənlik məclislərində iştirak etməməyə çalışıram. Biz ata, babadan belə görmüşük. Bu da bizim peyğəmbərimizə, ailəsinə və imamlarımıza olan sevgidən irəli gəlir. Düşünürəm ki, hər şey sevgi ilə olarsa, gözəldir”. 

Aydan Hacıbalazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyun 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri