Icma.az
close
up
RU
Məhərrəmlikdə toy etmək olar? AÇIQLAMA

Məhərrəmlikdə toy etmək olar? AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

İyunun 26-dan Məhərrəm ayı başlayır. Bu ay İslam tarixində mühüm hadisələrlə yadda qalıb. Məhərrəmlik dövründə cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də toy və şənliklərin keçirilməsidir. Bəs Məhərrəm ayında toy emək günahdır?

İlahiyyatçı Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, bu ayda toy etməklə bağlı şəriətdə heç bir qadağa yoxdur.

Onun fikrincə, Məhərrəm ayında toy eləmək, şənlənmək və əylənmək halal dairəsində icazəlidir:

“İslamda haram və ya günah sayılan bir əməl üçün qəti dəlil, yəni Qurandan ayə, Peyğəmbərdən səhih hədis və ya mötəbər icma lazımdır. Bu meyara əsasən baxdıqda, Məhərrəm ayında toy etmək nə Quranda, nə də səhih sünnədə qadağan olunmamışdır. Toy İslamda mübah (icazəli) sayılan və bəzən zəruri olan ictimai bir əməldir. Hətta Qurani-Kərimdə buyurulur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq, və sizi tayfalara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız...” (Hucurat, 13). Bu ayə cəmiyyətin və ailənin formalaşmasını təşviq edir. Ailə qurmaq, nəsil artırmaq, insanları haramdan qorumaq İslamın əsas məqsədlərindəndir”.

Ə.Həsənov qeyd edib ki, Məhərrəm ayı hicri təqvimin ilk ayıdır və heç bir ay özlüyündə toy etməyə haramlıq gətirmir. Əgər bu ayda toy etmək haram olsaydı, Quranda və ya sünnədə bununla bağlı açıq bir qadağa olardı:

“Peyğəmbərimizin hədislərində də belə bir qadağa yoxdur. Əksinə, Rəsulullah buyurur: “Nikah mənim sünnəmdir. Kim mənim sünnəmdən üz çevirərsə, o, mənim ümmətimdən deyil.” (Buxari, Nikah, 1). Bu hədis göstərir ki, nikah bir ibadət və sünnədir. Əgər toy etməyin bir vaxtı haram olsaydı, Peyğəmbər bu barədə xəbərdarlıq edərdi. Lakin belə bir xəbərdarlıq yoxdur”.

İlahiyyatçı həmçinin bildirib ki, Məhərrəmlikdə toy etməyin haram olduğuna dair bir ictimai razılaşma (icma) yoxdur. Mötəbər fiqh kitablarında bu barədə haramlıq hökmü verilməyib:

“Bəzi şiə məzhəblərində Məhərrəm ayı matəm ayı kimi yaşandığı üçün bu müddətdə toy və şənliklərə münasibət mənfi ola bilər, ancaq bu ictimai-mədəni yanaşmadır, dini hökm deyil. Belə deyənlər İran fars molla rejiminin hələ də əsarətində olan savadsız insanlardır. Burada diqqət yetirilməli məqam odur ki, şəriətlə mədəniyyət bir-birindən fərqləndirilməlidir. Ama İslam elə bir gözəl dindir ki, bütün böyük mədəniyətləri özündə cəmləşdirib. Əgər kimsə bu məsələdə savadsızdırsa və ya özünü islama hörmət etmiş kimi göstərmək istəyirsə, yaxud doğrudan da hörmət edirsə, ictimai dəyərlərə hörmət etmiş olur. Deyək ki, adam şiə məzhəbində olan bölgədə yaşayır və İran-fars molla təbliğatının əsarətində qalıb. Həmin bölgədə yaşadığı üçün məcbur ictimai hörmət əlaməti olaraq bəzi bölgələrdə insanlar bu ayda toy etməzlərsə, həmin şəxs də toy etməyə bilər. Çünki əks halda ona pis baxacaqlar və onu düzgün başa düşməyəcəklər. Bu, dini yox, ədəbi və mənəvi seçimdir. Lakin heç kim Məhərrəmdə toy edən bir müsəlmanı qınaya və ya onu günahkar saya bilməz. Çünki bu, şəxsi seçim və həyat tərzidir. Bir əməlin günah olması üçün şəri sübut tələb olunur, şəxsi zövqlə və ictimai təzyiqlə günah və savab müəyyən edilə bilməz”.

Ə.Həsənovun sözlərinə görə, əgər bir insan Məhərrəm ayında toy etməklə, İmam Hüseynin şəhadətinə sayğısızlıq niyyəti güdmürsə, bu əməldə heç bir qəbahət yoxdur:

“Unutmayaq ki, Allah niyyətlərə baxar: “Şübhəsiz ki, əməllər niyyətlərə görədir...” (Buxari, Bed’ul Vahy, 1). Məhərrəmlikdə toy etməklə bağlı Quranda, sünnədə və ya icmada bir qadağa yoxdur. Əksinə, nikahı təxirə salmaq, halal olanı çəkiniləcək bir əməl kimi təqdim etmək, dini həyat tərzini süni şəkildə çətinləşdirmək doğru deyil. Lakin bu ayda toy etmək istəyənlər cəmiyyətin hissiyatını nəzərə alaraq sadəlik və təvazökarlıq nümayiş etdirə bilərlər. Bu həm şəhidlərə ehtiram, həm də dinimizin gözəl ədəbini yaşatmaq olar”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 İyun 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see373

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see249

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see239

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see229

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see218

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see213

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see211

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see210

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see208

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see208

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see205

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see200

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see199

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see199

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see189

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see187

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see182

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see167

Nyu Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

27 İyul 2026 03:44see157

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri