Icma.az
close
up
RU
Kəkələmə tam müalicə olunurmu? LOQOPEDDƏN VACİB QEYDLƏR

Kəkələmə tam müalicə olunurmu? LOQOPEDDƏN VACİB QEYDLƏR

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kəkələmə nitqin rəvanlığına, axıcılığına təsir göstərir. Uşaqlıq dövründən başlayır, bəzən ömür boyu davam edir.

Bu problem səslərin istehsalında pozuntularla xarakterizə olunur. Bəziləri yeni sözlər yaradırlar. Bu, ya sözlərin təkrarlanması, ya da sözlərin əvvəlinə "ummm" , "immm" kimi artırmalarla xarakterizə olunur.

Kəkələmənin əlaməti nədir?

Söz birləşməsi və cümlələrdə sözlərin tez-tez təkrarlanması, uzadılması və ya həmçinin, sözlərdə səslərin uzadılmasını ehtiva edir. Bu əlamətlər ümumi əhali içərisində daha çox kəkələyən şəxslərdə müşahidə olunur. Kəkələyən şəxslər danışanda çox gərgin olurlar. Belə şəxslər danışarkən nəfəsləri çatmadığından danışıqları dayana və ya bağlana bilər. Danışarkən sözləri deməyə cəhd edirlər, lakin yalnız bir neçə saniyədən sonra demək istədikləri sözü tamamlaya bilirlər.

Bir çox hallarda kəkələmə problemi kəkələyən şəxslərin sosial fəaliyyətlərinə təsir göstərir. Bəzən ünsiyyət çətinlikləri belə şəxslərin yalnız xüsusi fəaliyyətlərində baş verir. Məsələn, telefonda danışarkən və ya böyük qruplar qarşısında çıxış edərkən kəkələyirlər.  Bundan başqa, əksər kəkələyən şəxslər evdə, məktəbdə və ya işdə bir sıra fəaliyyətlərdə çətinliklər yaşayırlar. Ona görə də hətta bəzi sosial fəaliyyətlərini məhdudlaşdırırlar. Çünki ətrafın onlara qarşı mənfi reaksiyasından narahatlıq keçirirlər.

Kəkələmə diaqnozu necə qoyulur?

3 yaşına kimi uşaqların valideynləri müraciət edəndə birinci məsləhət ilkin qiymətləndirmə - MÜŞAHİDƏ olur. Yəni uşaq nə qədər müddətdir kəkələyir? Əgər cavab 3 aydan az bir müddətdirsə, uşağın təlimə gəlməsi məsləhət görülmür. Bu halın yenə də davam ediləcəyini yoxlamaq üçün valideynin müşahidəsinə buraxılır. Çünki uşağın bu yaş dövrlərində nitqi senzitiv xarakter daşıyır. Ətrafından və ya baxdığı cizgi filmdən qaynaqlanan keçici hal ola bilir. Qiymətləndirmə zamanı;

- Ailədə kəkələyən şəxsin olub-olmaması

- Digər bir nitq problemi faktorunun olub-olmaması

- Ailədə xüsusi narahatlıq və qorxunun yaşayıb-yaşanılmaması və ya bunu yaradacaq situasiyanın olub-olmaması. Əgər varsa, uşaqda nitqin inkişafına nail olmaq üçün belə situasiyanın korreksiyası tövsiyə edilir.

Və onu da qeyd edim ki, kəkələmənin dəqiq olaraq ömür boyu davam edəcəyini heç bir faktorla deyə bilmərik, yaxud da tam korreksiyasını, həmçinin korreksiyadan sonra yenidən yaşanılacağını. Çünki bu, qripə və ya boğaz ağrısına bənzəyir. Necə ki, özümüzü soyuğa verdikdə yenidən qrip ola və ya boğazımız ağrıya bilir. Kəkələmə də müəyyən situasiya ilə geri qayıda bilər. Belə şəxslər, xüsusilə, böyüdükcə özlərini korreksiya edə bilərlər. Özlərinə qarşı diqqət nəticəsində problemin geri qayıtma şansı sıfıra enə bilər.

- Fərdi, individual olaraq kəkələyən şəxsə daha rəvanlı nitq üçün kömək göstərilməsi

- Effektiv ünsiyyət qurmaq və həyat fəaliyyətlərində mümkün dərəcədə iştirak etmək

Bəs kəkələmədə hansı müalicə üsulları mövcuddur?

Kəkələyən şəxslər üçün effektiv müalicə davranış üzərinədir. Bu metodla gündəlik fəaliyyətlərində istifadə edə biləcəyi bacarıqları öyrətməkdir. Bu, kömək edir, kəkələyən şəxslərə kəkələdikləri zaman istifadə etdikləri hərəkətləri digər müsbət davranışla əvəzləyə bilir. Bundan əlavə, düzgün tənəffüs bacarıqları öyrədilir. Nəfəs aktı daha doğru tənzimlənilir və bir az daha yavaş, daha az gərgin olaraq danışmağa başlayırlar. Beləliklə, nəfəs alma aktlarına nəzarət edə bilirlər. Normal nitqdən daha yavaş tonda danışmağa başlayırlar. Bu zaman valideynlərdə nitqin aşağı tonda qalması ilə bağlı narahatlıq yaranır. Lakin zamanla nitqin tonu normal səviyyəyə gələ bilir. Yenə də bu, kəkələyən şəxsin öz üzərində işləməsi və nəzarətindən asılıdır.

Kəkələyən şəxslə yaxşı ünsiyyət qurmaq üçün nə edə bilərəm?

Çox vaxt insanlar kəkələyən şəxslə danışarkən necə davranacaqlarını bilmirlər. Bu bilgisizlik insanların (xüsusilə də yaxın şəxslərin) kəkələyən şəxsə qarşı onun sözünü kəsmək, öz sözlərinə davam etmək kimi hərəkətlərə yol aça bilir. Həmçinin, tez-tez "nəfəs al", "rahatla", "yavaşla", "yavaş danış", - deyərək üzərində basqını artırmış olursunuz. Və bu reaksiyaların heç biri kəkələyən şəxsə faydalı deyil. Çünki kəkələyən şəxslər də digər normal şəxslər kimi olmaq istəyirlər. Onlar nitqlərinin fərqindədirlər. Hər hansı kəkələyən şəxsə sual versək, anlayarıq ki, onlar da kəkələmək istəməzlər. İstəyərlər ki, normal insanlar kimi danışsınlar. Bu, qeyri-ixtiyari olaraq baş verir.

Kəkələyən şəxsi dinləyəndə səbrli olmalıyıq. Onları dinləməmək, nitqlərini kəsmək, faydalı deyildir. Bu, əksinə, onları sıxır. Kəkələyən şəxslə danışarkən onu səbrlə dinləməli və ehtiyac duyduqları an nə demək istədiklərini onlara deyərək, təkrar etmələrinə köməklik göstərməklə yardım edə bilərsiniz. Məsələn, su istəyir, "ssssssu iiiiiiistəyirəm" demək istədikləri vaxt bu cümləni yenə təkrarlaması, cümləni doğru deməsi üçün ona kömək edin. Bunun üçün zaman ayırın. Bu şəkildə yanaşsaq, kəkələyən şəxsin nitqinin yaxşılaşmasına kömək etmiş oluruq.

Kəkələyən şəxslə işləyərkən hər biri üçün istifadə edilən üsul fərqli olacaq. Bəzi böyük yaşlı kəkələyənlərlə danışmaq terapiya müddətində rahatdır, bəzilərilə isə çətin. Çünki  kəkələyən şəxslərin bəziləri kəkələyən zaman hansı hisslər keçirtdiklərini bəyan edirlər, danışırlar, bəziləri isə yox. Ən yaxşısı isə budur ki, kəkələyən şəxslə ünsiyyətdə olduğunuz zaman kəkələdiyini hiss etdiyinizdə ona sual verin. Kəkələdiyini hiss etdim, bu zaman sənə necə davranmağımı istəyərsən? deyə sual verin. Yəni bu şəkildə yanaşma ilə onun istədiyi şəkildə ünsiyyətə dəvət etmək ən optimal yoldur.  Çünki bu halda onlar da danışmaqdan çəkinməyəcəklər, özlərini şəxsiyyət kimi hiss edəcəklər. Bununla da nitqlərindəki gərginliyin azalmasında, mühüm iş görmüş olacaqsınız.

Bəsirə Pənciyeva, loqoped

Ailem.az

.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri