Icma.az
close
up
RU
Uşaqlarda kəkələmə problemi

Uşaqlarda kəkələmə problemi

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir çox uşaqlar və valideynlər kəkələmə problemi ilə üzləşir. Xəstəlik olmasa da, bu ciddi bir problemdir.

Kəkələmə adətən 3-5 yaşlar arasında olan uşaqlarda inkişaf edir. Oğlanlarda qızlarla müqayisədə bu pozulma daha tez-tez hallarda inkişaf edir.

Bu günə kimi tibbdə kəkələmənin inkişaf etmə mexanizmi dəqiq təyin olunmayıb. Kəkələmənin inkişaf etmə səbəbləri arasında:

- uşağın baş beyinin funksiyalarının müxtəlif səbəblərə görə (doğuş travması, asfiksiya, baş-beyin travmaları - beyinin silkələnməsi və s., beyini zədələyən infeksiyaların keçirilməsi və s.) pozulması;

- ağır psixoloji travmalar - güclü qorxu (və ya bəzən güclü sevinc), valideynlərlə (adətən ana ilə) ayrılıq və s.

- uşağın psixikasına mənfi təsir edən uzunsürən vəziyyətlər - valideynlərin arasında olan və tez-tez təkrarlanan münaqişələr, informasiya ilə artıq dərəcədə yüklənmə (uşaqlar eyni zamanda bir neçə inkişaf dərnəklərinə yazılır; onlara eyni zamanda bir neçə dil öyrədilir və s.), ailədə poliqlossiya - ikidillilik (məsələn, valideynlər ikidilli olduqda) və s.

Solaxay uşaqları sağ əli ilə yazmağa öyrətmək də kəkələməyə təkan verə bilər.

Bəzən kəkələmə uşaqlarda özünü kəkələyən ailə üzvünə bənzətmə reaksiyası kimi inkişaf edir. Lakin bu halda da uşaq müalicə olunmalıdır.

Kəkələyən uşaqlar həmyaşıdlarla ünsiyyətdə, uşaq bağçasında, məktəbdə müxtəlif problemlərlə üzləşir ki, bu da onların davranışına, xasiyyətinə mənfi təsir edir. Belə uşaqların bir hissəsi digər uşaqlarla ünsiyyətdən çəkinir, tək oynamaq xoşlayır, qapalı və təcavüzkar böyüyür.

Kəkələyən uşaqlarda "loqofobiya" inkişaf edə bilər (uşaq danışmaqdan qorxur, çəkinir). Bütün bunlardan qurtarmaq üçün kəkələyən uşağı mütləq müalicə etmək lazımdır. Gözləməyin ki, kəkələmə müstəqil şəkildə keçəcək.

Uşaqda ilk kəkələmə simptomları hiss etdikdə dərhal həkimə müraciət etmək lazımdır. Həkimlərin fikirinə görə, kəkələmə başlanğıc mərhələsində daha tez və uğurla müalicə olunur. Bu çox vacibdir! Kəkələmə problemi ilə eyni zamanda iki mütəxəssis məşğul olmalıdır - uşaq nevropatoloqu (və ya psixonevroloq) və loqoped. Yalnız bu halda kəkələmə problemi həll oluna bilər.

Valideynlər və digər ailə üzvləri kəkələyən üşaqlarla düzgün davranmalıdır.

- Kəkələyən uşaq sakit və mehriban şəraitdə yaşamalıdır. Uşaq daim hiss etməlidir ki, onu sevirlər. Bu müalicənin lazım olan effekt verməyi üçün ən əsas şərtlərdən biridir.

- Qonaqlıqlar, səsli-küylü kompaniyalar  və s. minimuma çatdırmaq lazımdır. Güclü televizor və maqnitofon səsləri da əks göstərişdir.

- Kəkələyən uşaq uzun müddət televizora baxmamalı və kompüterdə oynamamalıdır (xüsusilə yatmazdan əvvəl).

- Uşağı heç vaxt qorxuzmayın, ona qorxulu və həyacanlı nağıllar, hekayələr danışmayın və qaranlıq otaqda tək saxlamayın.

- Uşaqla hər zaman səlis və aydın danışın, danışarkən tələsməyin və uşağı tələsdirməyin. Ona çətin sözləri və ifadələri öyrətməyin.

- Ailənizdə adətən iki dildə danışdıqda, bundan mütləq imtina etmək lazımdır. Uşaqla yalnız bir dildə danışın.

- Kəkələyən uşağı heç vaxt danlamayın. Uşaq qəsdlə "pis" danışmır.

- Əsas müalicədən əlavə kəkələyən uşağın immunitetini daim möhkəmləndirin, düzgün və xeyirli qidalandırın, uşaqla tez-tez açıq havada gəzin, bədən tərbiyyəsi ilə məşğul olun.

- Kəkələyən uşaq mütləq kifayət qədər yatmalıdır.

- Kəkələyən uşağın rəqs və musiqi ilə məşğul olması çox xeyirlidir. Nəğmə dərsləri zamanı uşaq düzgün nəfəs almağı öyrənir, bu isə kəkələyən uşaq üçün çox vacibdir.

- "Leqo" kimi xırda detallardan ibarət olan konstruktorlarla işləməsi də kəkələyən uşaqlar üçün olduqca xeyirlidir. Bəzi loqopedik metodikalar məhz "Leqo" konstruktorlarla işləməsi ilə bağlıdır.

Kəkələmə mürəkkəb bir problemdir. Bu pozulmanın müalicəsi adətən uzun müddət ərzində həyata keçirilir və həm uşaqdan həm də onun valideynlərdən böyük səbir və məsuliyyət tələb edir. Bəzən tam sağaldıqdan sonra kəkələmə yenidən "qayıda" bilər. Heç vaxt ruhdan düşməyin və əlinizdən gələni etməyə çalışın.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri