Icma.az
close
up
RU
Kəlbəcər öz doğma sakinlərini və turistlərini qoynuna alacaq

Kəlbəcər öz doğma sakinlərini və turistlərini qoynuna alacaq

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev 4 il əvvəl noyabrın 25-də xalqa müraciət etdi: “Əziz həmvətənlər! Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Bu Qələbəni bizə Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu qazandırdı. Qələbə zəfərini Ali Baş Komandanımızın qətiyyəti, prinsipiallığı, Ordumuzun fədakarlığı və peşəkarlığı, dövlət-xalq birliyi sayəsində əldə etdik.

Vətən müharibəsində Azərbaycan 30 illik işğala 44 gündə son qoymaqla şanlı tarix yazdı. Məhz Ordumuzun bu böyük zəfəri, Prezident İlham Əliyevin qətiyyəti, həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti sayəsində düşməni kapitulyasiya aktına qol çəkməyə məcbur edərək çətin relyefə, sərt iqlimə, strateji yüksəkliklərə malik olan Kəlbəcəri döyüşsüz, itki vermədən geri qaytardıq.

Kəlbəcərin doğma sahiblərinə qayıtması həm xalqımızın, həm də kəlbəcərlilərin yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Prezident İlham Əliyevin söylədiyi kimi, “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

İndi işğaldan azad olunan digər rayonlarımız kimi Kəlbəcərə də yeni nəfəs gəlir. Dövlət başçısı bu rayonların yenidən dirçəldilməsi ilə bağlı mühüm tapşırıqlar verib. Kəlbəcərlə bağlı infrastruktur layihələri icra edilməyə başlayıb, rayona yeni yollar çəkilir, lazım olan yeni infrastruktur qurulur.

Bütün dünya gördü ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tarix yazan Azərbaycan Ordusunun yanındadır. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”- deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.

Bu gün Kəlbəcər böyük tikinti meydançasını xatırladır. Çox keçməyəcək ki, Azərbaycanın bu dilbər güşəsi öz dogma sakinlərini və turistləri qoynuna alacaq.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri