Icma.az
close
up
RU
Kəlbəcər öz doğma sakinləri ilə birlikdə yeni inkişaf dövrünü yaşayır

Kəlbəcər öz doğma sakinləri ilə birlikdə yeni inkişaf dövrünü yaşayır

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbə Ağdam, Kəlbəcər və Laçının döyüşsüz Azərbaycana qaytarılmasına zəmin yaratdı.
Kəlbəcərin bir güllə atılmadan azad olunması, heç şübhəsiz, Azərbaycanın həm hərbi, həm də diplomatik uğuru idi. Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcər sakinləri ilə görüşündə bu məsələyə toxunaraq bildirmişdi ki, rayonun mürəkkəb relyefi, qış mövsümünün yaxınlaşması və Ermənistan ordusunun qurduğu istehkamlar nəzərə alınarsa, Kəlbəcərin hərbi yolla azad edilməsi böyük itkilərlə nəticələnə bilərdi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan Ordusu istənilən halda bu torpaqları azad edəcəkdi. Lakin hərbi qələbənin yaratdığı siyasi reallıq Kəlbəcərin itkisiz qaytarılmasına imkan verdi.
Kəlbəcərin 1992-ci ilin aprelində işğalına gəlincə, cənab Prezidentin bəyan etdiyi kimi, “bunun günahkarı
Azərbaycan Xalq Cəbhəsidir”.
Belə ki, 1992-ci ildəki daxili siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə Ermənistanın işğalına yol açdı.
“O vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi” deyən dövlət başçımızın da söylədiyi kimi, yarıtmaz iqtidar ordu quruculuğuna və bölgədə yaşayan insanların təhlükəsizliyinə diqqət yetirmirdi. Kəlbəcərin işğalı isə Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və bu, sonrakı işğallar üçün əlverişli şərait formalaşdırdı.
Xatırladaq ki, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da 822 saylı qətnamə qəbul etmiş, Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən və Azərbaycanın işğal olunmuş digər ərazilərindən çıxarılmasını tələb etmişdi. Lakin bu qətnamənin icrası uzun illər təmin olunmadı. Beynəlxalq vasitəçilik mexanizmləri münaqişənin həllilə bağlı nəticə vermədi. Azərbaycan isə öz hərbi-siyasi gücü hesabına ərazi bütövlüyünü bərpa edərək BMT qətnamələrinin tələblərinin həyata keçirilməsinə nail oldu. Bu, beynəlxalq münasibətlər sistemində dövlətin öz suveren hüquqlarını təmin etmək əzminin göstəricisi idi.
Ermənistanın işğal dövründə və geri çəkilərkən törətdiyi dağıntılar Kəlbəcərin tarixi-mədəni irsinə, yaşayış məntəqələrinə və təbiətinə ağır zərbə vurdu. Rayon tərk edilərkən evlərin yandırılması, ərazilərin minalanması və mülki infrastrukturun məhv edilməsi erməni vəhşiliyinin növbəti təzahürü idi.
Prezident İlham Əliyev 2025-ci ildə Kəlbəcər sakinləri ilə görüşündə şəhərin dağıdılmış vəziyyətini xatırladaraq bildirdi ki, “Kəlbəcər şəhərində, heç bir kəndində bir dənə də bina qalmamışdır. O, vəhşilik idi”. Bu gün Azərbaycan həmin dağıntıların yerində yeni şəhər və kəndlər qurur.
Artıq Kəlbəcərdə Böyük Qayıdışın real nəticələri görünür. 2025-ci il avqustun 20-dən etibarən şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. 2026-cı ilin sentyabrında Kəlbəcər şəhərində 162 ailənin yaşadığı açıqlanıb. Bu, illərlə doğma yurda qayıtmaq arzusu ilə yaşayan insanlar üçün tarixi mərhələdir. Burada təhlükəsiz yaşayış, məşğulluq və sosial ehtiyacların təmin olunması da əsas prioritetlərdəndir.
Kəlbəcərin gələcək inkişafı 2040-cı ilədək nəzərdə tutulan Baş Plan əsasında həyata keçirilir. Plana görə, şəhərin ərazisi təxminən 290 hektara, əhalisinin sayı isə 17 min nəfərə çatdırılacaq.
Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşündə səsləndirdiyi “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik” fikri bu gün bölgədə görülən işlərin mahiyyətini ifadə edir.
Altı il əvvəl hərbi və diplomatik qələbə ilə azad edilən bu qədim diyar bu gün dövlətimizin gücü, xalqımızın iradəsi ilə yenidən dirçəlir. Kəlbəcər öz doğma sakinləri ilə birlikdə yeni tarixini yazır, inkişaf mərhələsini yaşayır.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Noyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri