Icma.az
close
up
RU
Kəlbəcər rayonunun sakinləri qayıdışın iştirakçılarıdır MÜNASİBƏT BİLDİRİLDİ

Kəlbəcər rayonunun sakinləri qayıdışın iştirakçılarıdır MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

"Azərbaycan Respublikası silahlı qüvvələrinin Ali Baş Komandanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının dəstəyi və Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində düşmən kapitulyasiya aktına qol çəkdi, nəticədə Kəlbəcər rayonu bu gün dörd il bundan əvvəl işğaldan azad edilmişdi". Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.O bildirib ki, bu nailiyyətə nail olmaq birinci növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti və döyüşlərin mərkəzdən idarə etməsinin sərkərdə məharətinin göstəricisidir: "Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində atəşsiz və itkisiz Kəlbəcər rayonunun azad edilməsi çox böyük strateji əhəmiyyətə malikdir. Əgər hal-hazırda olan hava şəraiti nəzərə alınsa, Kəlbəcər rayonu dağlıq, meşəlik ərazi kimi xüsusi şəraitli ərazi olaraq Azərbaycan ordusunu nə qədər ağır döyüşlərin gözləyəcəyini düşünmək olar. Hər bir döyüş, hər bir addım itkisiz olmur, Kəlbəcər rayonunun da ərazi baxımından və gözlənilən döyüşlərin nəticəsində ola biləcək itkilər haqqında düşünəndə hər şeydən qiymətli olan Azərbaycan ordusunun Prezidentin apardığı siyasət nəticəsində Kəlbəcər rayonunun itkisiz azad edilməsi xüsusi qeyd olunur.Kəlbəcər rayonu ərazi baxımından Ermənistanla ən böyük quru sərhədi olan rayondur. Sərhədlər dağlıq ərazidən keçir. Hal-hazırda Azərbaycan ordusunun bölmələri sərhəddə öz xidmətini çətin hava şəraitinə baxmayaraq Azərbaycanın ərazi bütövlüyünün Kəlbəcər rayonuna aid olan hissəsində aparırlar. Azərbaycan dövləti Kəlbəcər rayonunda infrastrukturun bərpa edilməsində aktiv işlər aparır. Baxmayaraq ki, düşmən vandalizm aktı keçirərək Kəlbəcər rayonunun bütün yaşayış məntəqələrini darmadağın edib. Hətta Ermənistan tərəfi 10 gün əlavə zaman istədi və 10 günün nəticəsində də Kəlbəcər rayonunun bəzi hissələri minalandı, həm də ağaclar belə kəsildi, evlər yandırıldı. Bunlar Ermənistan vəhşiliyinə yeni səhifə kimi yazıldı.Azərbaycan ordusunun bölmələri ərazi bütövlüyünü hansı şəraitdə olursa-olsun qorumağa qadirdir. Baxmayaraq ki, düşmən ara-sıra o istiqamətdə atəşkəsi pozur, təxribatlara əl atır. İki il bundan əvvəl sentyabr ayında aparılan təxribatlar nəticəsində Azərbaycan ordusu bir daha dəmir yumruğunun gücünü göstərdi. Vətən müharibəsində qələbə qazanandan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan silahlı qüvvələrinin inkişafı ilə bağlı bilavasitə məşğul olaraq Azərbaycan ordusunun qısa zamanda güclənən sırasında yerini bərpa etdi. Özü dediyi kimi Azərbaycan ordusu nə lazımdır, onunla da təmin ediləcək. Bunun nəticəsini bu gün inkişaf edən Ali Baş Komandanın tapşırığını yerinə yetirən ordunun inkişafında görə bilərik"."Azərbaycan ordusu özünəməxsus statistik qurumların verdiyi qiymətə və nəticəyə görə yenə də güclülər sırasında yer alaraq öz inkişafını davam edir. Bu gün Azərbaycan ordusunun Kəlbəcər rayonunda apardığı hərbi infrastrukturun yaradılması da diqqəti cəlb edir. Aparılan işlər bu gün ağır hava şəraitində olan Kəlbəcərdə şəxsi heyətin xidməti üçün inkişafı görə bilərik.Vaxt var idi ki, Azərbaycanda rayonların işğalı günü çox böyük kədərlə qeyd olunurdu. Artıq Azərbaycanın azad etdiyi torpaqların dördüncü il dönümünü, məhz Kəlbəcər şəhəri gününü qeyd etmək çox qürurvericidir. Kəlbəcər camaatının işğaldan azad edilmiş torpaqlara qayıtması prosesi başlayıb. Çox ağır qaçqın statusuna aid ada artıq son qoyularaq "Böyük Qayıdış" ın şahidi oluruq. Kəlbəcər rayonunun sakinləri qayıdışın iştirakçılarıdır. Azərbaycanın gözəl guşəsi olan Kəlbəcər şəhəri günü münasibətilə hamımıza xoş arzularımı bildirirəm" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri