Icma.az
close
up
RU
“Kəlbəcər sakinlərinin üzündən illərlə kök salan həsrət silindi”

“Kəlbəcər sakinlərinin üzündən illərlə kök salan həsrət silindi”

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Cənab Prezident İlham Əliyevin hər bir çıxışı proqram xarakterlidir. Dövlət başçımızın çıxışları o qədər zəngindir ki, hər dəfə Azərbaycanın tarixi, yürütdüyü siyasət və gələcək vizyonu ilə bağlı yeni bir şey öyrənirsən. İfadələrin ustalıqla seçilməsi, sözlərin yerində korrekt vurğulanması dövlətimizin gücü qədər, dövlət başçımızın yüksək şəxsi keyfiyyətlərindən bir daha xəbər verir. Cənab Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edərkən Kəlbəcər sakinlərinin üzündən illərlə kök salan həsrət silindi”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın insanlara göstərdiyi səmimi münasibət nəticəsində isə nəcib xanımın yüksək insani keyfiyyətlərinə xalqımız bir daha heyran qaldı: “Azərbaycan xalqı məhz buna da bir daha əmin oldu ki, onun ümid yeri, güman yeri məhz dövlət başçımız, yürüdülən düşünülmüş siyasətdir. Buna görədir ki, dövlət başçımız Kəlbəcərin itirilməsi tarixinə, o dönəmə işıq tutdu. İşıq tutulan sadəcə daxili siyasətimiz olmadı, həm də xarici siyasətimizə fundamental nəzər yetirildi ki, Ermənistanın işğalı davam etdirməsi üçün böyük dövlətlərdən biri pulsuz silah verirdi, biri siyasi dəstək göstərirdi, digəri isə imtiyazlar təqdim edirdi”.

Ş.Həsənovanən sözlərinə görə dövlət başçımız Ermənistan cəmiyyətinin təfəkkürünün qeyri-sağlam olduğu qədər, hələ də xəstə təfəkkürlü dairələrin olduğunu da çox dəqiq bildirdi: “Bu reallığı nəzərə alan Azərbaycan öz ordusunu ən modern şəkildə təchizatlandırır, yeni müqavilələrə imza atır. Torpaqlarımızın yenidən dirçəldilməsi, sülhün aktuallığı fonunda dövlət başçımızın tariximizi unutmamalı olduğumuz haqqında reallığı bir daha Azərbaycan xalqına xatırlatması sadəcə dövlət olaraq güclü olmağımızın önəmindən deyil, cəmiyyət olaraq da unutqan olmamağımızın vacibliyindən xəbər verir. Keçilən keşməkeşli yol qədər qət edilən yol da məlumdur. Müharibə istəməyən xalq olaraq hər reallığa hazır olmağın özü də bizi bir neçə addım öndə tutacaq. Odur ki, bu günə qədər göstərilən xalq-iqtidar birliyi daha möhkəm təməllər üzərində nümayiş etdirilməlidir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 22 Avqust 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri