Kəlbəcər və Laçın sakinlərinin müraciətləri dinlənilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 28 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 28-də Kəlbəcərdə yerləşən B.Cəfərov adına 1 nömrəli tam orta məktəbin binasında Kəlbəcər və Laçın rayonları sakinləri ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir tərəfindən qəbul edilən Kəlbəcər və Laçın rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə FHN-in aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 28 Avqust 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















