Icma.az
close
up
RU
Kəlbəcər Şəhər Günü qeyd edilib FOTO

Kəlbəcər Şəhər Günü qeyd edilib FOTO

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

YAP Kəlbəcər rayon təşkilatı 25 noyabr 2024-cü il tarixində Kəlbəcər şəhər gününə həsr olunmuş "Azadlığın mübarək Kəlbəcər" adlı tədbir keçirib.

İlk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın büyövlüyü uğurunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları Kəlbəcərə həsr olunmuş video çarxı izlədilər.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, idarə müəsissə rəhbərləri, Ərazi Partiya təşkilatının sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Kəlbəcər şəhər günü münasibəti ilə təbriklərini çatdıraraq qeyd etdi ki, Ulu öndər Heydər Əliyev: “Heç şübhə yoxdur ki, o gün gələcəkdir ki, Kəlbəcər rayonu erməni silahlı qüvvələrinin işğalından azad olacaqdır və Kəlbəcərin vətəndaşları, Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqdır”.

Ulu Öndər Heydər Əliyevin Kəlbəcərlə bağlı tarixi fikirləri, Layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu hərbi və diplomatik siyasəti nəticəsində o, tarixi sözlər rayonla birgə əbədi olaraq xalqına qovuşdu. Ali Baş Komandan həm ata vəsiyyətini yerinə yetirdi, həm də Ümummilli Lider Heydər Əliyevin arzularını reallaşdırdı. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Həmin gün Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, həmin şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Çıxış edənlərdən Vətən Müharibəsi Qəhramanı Şəhid Anar Əliyevin atası Vaqif Əliyev,  TİAHİ Kəlbəcər komitəsinin sədri Məhiyəddin Abdurəhmanov, Dövlət İşçiləri həmkarlar komitəsinin sədri Əli Bağırov,  “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs”-nin direktoru Ənvər İmaməliyev, Kəlbəcər Gənclər- idman sektorunun müdiri Musa Mamedov, Statistika idarəsinin rəisi Ramil Salmanov, DSFM Publik hüquqi şəxsinin Şərqi Zəngəzur Regional filialının direktoru Amil Salmanov, Təhsil sektorunun inspektoru Müzəffər Orucov, Su-kanal idarəsinin kadr işləri üzrə məsləhətçisi Səminə Şükürova, 109 saylı Kəlbəcər orta məktəbin direktor müavini Şikar Baxışov, 69 saylı Kəlbəcər rayon orta məktəbinin müəllimi Yeganə Həsənova çıxış edərək bildirdilər ki, bu gün otuz illik işğaldan sonra yenidən öz əzəli və əbədi sahiblərinə qovuşmuş həmin torpaqlar dirçəlir, canlanır. Dövlət başçısının tarixi torpaqlarımıza hər səfərində əzəli yurd yerlərimizdə daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, təməllər qoyulur. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfərləri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibi ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə aydın təsəvvür yaradır. Bu gün işğaldan azad edilən hər bir şəhər və rayonumuz kimi, Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır. Özünün quruculuq-abadlıq dövrünü yaşayan Kəlbəcərdə yaradılan infrastruktur tezliklə kəlbəcərlilərin də dədə-baba yurdlarına qayıdacağından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub. Bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə olunacaq. Kəlbəcərdə həyata keçirilən layihələr, görülən işlər bir daha deməyə imkan verir ki, işğaldan azad olunan ərazilərimiz müasir standartlara uyğun olaraq qurulur. Kəlbəcərdə 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri