Icma.az
close
up
RU
Kəlbəcər şəhəri günü: Tarixi ədalətin bərpası və yeni hədəflər

Kəlbəcər şəhəri günü: Tarixi ədalətin bərpası və yeni hədəflər

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

25 noyabr - Kəlbəcər şəhəri günü işğaldan azad olunmuş ərazilərdə yeni həyatın başlanmasını və qayıdış prosesinin ardıcıl şəkildə həyata keçirilməsini simvolizə edir. Kəlbəcərin yenidən qurulması bölgənin gələcək inkişafına yönəlmiş praqmatik siyasətin real ifadəsidir.

Qərbdə Ermənistan, şimalda Daşkəsən, Göygöl və Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam və Xocalı, cənubda isə Laçın rayonları ilə həmsərhəd olan Kəlbəcər strateji mövqeyi ilə də mühüm önəm kəsb edir. Rayon 1930-cu ildə inzibati status almış, işğala qədər əhalisi təqribən 53 min nəfər təşkil etmişdir. 3054 kv.km əraziyə malik olan Kəlbəcər 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsindən ibarət idi. 2 aprel 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonunda 511 dinc sakin həlak olmuş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində rayonun onlarla tarixi-mədəniyyət abidəsi, həmçinin məktəblər, uşaq bağçaları, kitabxanalar, xəstəxanalar və digər sosial obyektlər dağıdılmış, təbii sərvətlər isə Ermənistan ərazisinə daşınmışdır.
BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsi işğalçı qüvvələrin ərazilərimizdən dərhal çıxarılmasını tələb etsə də, rəsmi İrəvan buna əməl etməmişdir. 1999-cu ildən beynəlxalq hüquq normalarına zidd olaraq Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
2020-ci ilin 44 günlük Vətən müharibəsinin ilk günlərində Kəlbəcər rayonunun şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş, strateji yüksəkliklərin götürülməsi ilə Ermənistan ordusunun hərəkətləri məhdudlaşdırılmışdır. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Ermənilər həmin əraziləri tərk edərkən evləri yandırmış, ətraf mühiti məhv etmiş, bununla da öz vəhşi xislətlərini bir daha nümayiş etdirmişdir.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Dövlətimizin başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr ölkəmizdə Kəlbəcər şəhəri günü elan edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edilmişdir. Baş plan çərçivəsində şəhərin mərkəzində ortamərtəbəli, çoxmənzilli və inzibati binaların, ətrafda isə fərdi yaşayış evlərinin inşası nəzərdə tutulur. Məktəblər, uşaq bağçaları, xəstəxanalar və idman meydançaları sakinlərin rahat yaşayışını təmin edəcəkdir. Şəhərin yol infrastrukturu isə müasir standartlara uyğun qurulacaqdır.
Rayonda Yanşaq, Zallar və Zar kəndləri daxil olmaqla 421, 487 və 855 ailənin köçürülməsi planlaşdırılır. Bu layihələr isə birmərtəbəli fərdi evlər, çoxmərtəbəli binalar, məktəb və bağçaların tikintisini əhatə edəcək. Həmçinin, bölgənin enerji resurslarından səmərəli istifadə üçün bir neçə kiçik su elektrik stansiyası tikilmiş və ya yenidən qurulmuşdur.
Turizm potensialı da nəzərə alınaraq “İstisu” Müalicə-İstirahət Kompleksi və mineral su zavodu fəaliyyətə başlamışdır. Bu müəssisələr Kəlbəcərin iqtisadi inkişafını, iş yerlərinin yaradılmasını və bölgənin turizm potensialının artırılmasını təmin edəcək.
82 kilometrlik Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu ölkənin nəqliyyat infrastrukturunda mühüm layihələrdən biridir. Üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir və bunlardan Murovdağ tuneli xüsusilə diqqət çəkir. 11,7 kilometr uzunluğu ilə dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birinci yerdədir. Yolun 87 faizi artıq tamamlanıb və Toğanalı–Kəlbəcər (56 km) ilə Kəlbəcər–İstisu (26 km) hissələri bölgənin sosial-iqtisadi inkişafı və dayanıqlı nəqliyyat əlaqələrinin təmin olunmasında strateji rol oynayacaqdır.
25 noyabr - Kəlbəcər şəhəri günü tarixi ədalətin bərpası, Böyük Qayıdış Proqramı çərçivəsində bölgənin sosial-iqtisadi inkişafının təzahürü olaraq mühüm önəm kəsb edir. Bu amillər həmin ərazilərin gələcək perspektivlərini nümayiş etdirən mərhələ kimi tarixi əhəmiyyət daşıyır.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri