Icma.az
close
up
RU
Ağdam şəhəri günü: Dövlətin siyasi qətiyyəti və tarixi ədalətin bərpası

Ağdam şəhəri günü: Dövlətin siyasi qətiyyəti və tarixi ədalətin bərpası

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Ağdam şəhəri günü tarixi yaddaşın, milli qürurun və qayıdışın rəmzi kimi ölkənin ictimai-siyasi həyatında xüsusi yer tutur. Uzun illər dağıntılarla üz-üzə qalan Ağdam artıq yenidən quruculuq işlərinin mərkəzinə çevrilərək müasir şəhər modelinin formalaşdırıldığı strateji məkan kimi ön plana çıxır. Həmin əlamətdar gün isə xalqın iradəsini və azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrin real nəticələrini nümayiş etdirir.

Ağdam şəhəri uzun illər boyu Qarabağ bölgəsinin qədim yaşayış məskəni, zəngin mədəniyyətin daşıyıcısı və strateji əhəmiyyətli bir məkan kimi tanınıb. Lakin XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü nəticəsində şəhər tamamilə dağıdılıb. İşğal, dağıntılar, etnik təmizləmə və minlərlə ailənin faciəsi Ağdamın yaddaşına həkk olunsa da, Vətən müharibəsində qazanılmış tarixi Qələbə ilə bu torpaqlarda yeni bir dirçəliş dövrü başlanıb. 20 noyabrın Ağdam şəhəri günü kimi təsis edilməsi isə yeni inkişaf mərhələsinin başlanğıcını təcəssüm etdirir.
Ağdam rayonu 1930-cu ildə inzibati vahid kimi yaradılmış və 1094 kvadrat kilometr ərazini əhatə etmişdir. Relyefi əsasən düzənlik və qismən dağlıq zonalardan ibarət olan rayon Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Qədim mədəniyyət, münbit torpaq və strateji məkan kimi Ağdam tarix boyu bölgənin siyasi-iqtisadi həyatında əhəmiyyətli rol oynamışdır.
XX əsrin 1950-ci illərindən başlayaraq Ağdam ərazisində aparılan arxeoloji qazıntılar regionun tarixi dəyərini daha da möhkəmləndirmişdir. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri sübut edir ki, bu ərazilər 6–8 min il əvvəl – Eneolit dövründən başlayaraq qədim insanların yaşayış məskəni olmuşdur. Tapılan taxıl və üzüm nümunələri bölgənin oturaq həyat sürən, əkinçilik və maldarlıq mədəniyyətinə malik icmalar tərəfindən məskunlaşdırıldığını təsdiqləyir. Üzərriktəpə arxeoloji abidəsi isə xüsusilə əhəmiyyətlidir. Burada tapılan qalıqlar Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən birinin məhz Ağdam ərazilərində yarandığını göstərir. Bu fakt Ağdamın təkcə tarixə deyil, ümumqafqaz mədəniyyətinə də mühüm töhfəsini sübut edir.
Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. 90 kəndin viran edilməsi, 128 min sakinin məcburi köçkünə çevrilməsi, 6 mindən çox insanın şəhid olması Ağdam tarixində dərin iz buraxdı. Minlərlə insan yaralandı, yüzlərlə ailə dağıldı və əhali Azərbaycanın 59 rayonunun 875 məntəqəsində məcburi şəkildə məskunlaşdı. Bu faktlar Ermənistanın məqsədli şəkildə həyata keçirdiyi etnik təmizləmənin, mülki əhaliyə qarşı törədilmiş sistematik cinayətlərin göstəricisidir.
Ağdamın işğalından dərhal sonra - 1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi qəbul edildi. Qətnamədə işğalçı qüvvələrin Ağdam və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılması tələb olundu. Lakin Ermənistan beynəlxalq çağırışlara məhəl qoymadı və faktiki olaraq beynəlxalq hüquq normalarını açıq şəkildə pozdu.
İşğal illərində Ermənistan Cenevrə Konvensiyalarından irəli gələn tələbləri pozaraq Ağdamda tarixi abidələri dağıtmış, mədəni irsi məhv etmiş, coğrafi adları dəyişdirmiş, yaşayış məntəqələrini yandırmış və mülki əmlakı talan etmişdir. Dağıntıların miqyası Ermənistanın regionda məqsədinin yalnız hərbi təcavüzlə ərazi qazanmaq olduğunu açıq şəkildə nümayiş etdirir. Ağdam şəhərinin tamamilə xarabalığa çevrilməsi bu vandalizm siyasətinin ən bariz nümunəsidir.
2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə regionda yeni reallıq yaratdı. Üçtərəfli bəyanata əsasən, həmin il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan əraziləri döyüşsüz Azərbaycana qaytarıldı. Bu hadisə həm insan tələfatının qarşısını aldı, həm də uzun illər davam edən ədalətsizliyin aradan qaldırılması istiqamətində mühüm mərhələ oldu.
2020-ci il noyabrın 26-da təsis edilən “Ağdamın azad olunmasına görə” medalı Vətən müharibəsində xidmətləri olan hərbçilərə göstərilən yüksək ehtiramın nümunəsidir. Təltif edilən 5790 hərbi qulluqçu Ağdamın taleyində mühüm rol oynamış və tarixi Qələbənin memarlarına çevrilmişdir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi Ağdamın tarixi yaddaşının qorunmasında vacib addımdır. Həmin qərara əsasən, 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən edilib və bu amil şəhərin azadlığı, dirçəliş və qayıdışın təzahürünə çevrilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” azad edilmiş ərazilərin yenidən qurulmasında ən irimiqyaslı layihələrdən biridir. Ağdam gələcəkdə Azərbaycanın dördüncü böyük şəhərinə çevriləcək və burada 100 minə yaxın əhali yaşayacaq. Artıq şəhər daxilində 5 məhəllədən ibarət planlaşdırılmış tikinti işləri mərhələli şəkildə icra edilir. Paralel olaraq Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərində bərpa işləri aparılır və yüzlərlə ailə doğma torpaqlarına qayıdır.
Ağdam Sənaye Parkı azad edilmiş ərazilərdə iqtisadi fəallığın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. 190 hektarlıq ərazini əhatə edən parkda artıq 28 rezident fəaliyyət göstərməkdədir. Ümumi investisiya həcmi 260 milyon manatdan çoxdur, 9 müəssisə fəaliyyətə başlayıb, digər müəssisələrin tikintisi davam edir. Parkda 938 nəfər daimi işlə təmin olunub və bu göstəricilər bölgənin iqtisadi potensialının tədricən reallaşdığını sübut edir.
2025-ci ildə istifadəyə verilmiş Dəmir Yolu və Avtovağzal Kompleksi Ağdamın strateji nəqliyyat mərkəzinə çevrilməsinə şərait yaradır. Burada ilk dəfə qapalı dəmir yolu platformasının inşa olunması mühüm yenilikdir. Kompleks gündə minlərlə sərnişinə xidmət göstərə bilir, nəqliyyat mübadiləsini sürətləndirir və şəhərin iqtisadi həyatına dinamizm gətirir.
2025-ci ildə açılışı keçirilən 474 yerlik Ağdam Muğam Mərkəzi Qarabağın qədim muğam ənənələrinin bərpasında mühüm rol oynayır. Burada həm tədris, həm konsert fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. Mərkəz yeni nəsildə muğama marağın artırılması, Qarabağ mədəni irsinin müasir formada təqdim olunması baxımından strateji əhəmiyyət daşıyır.
Ağdamın dirçəlişi xalqın iradəsinin, dövlətin siyasi qətiyyətinin və tarixi ədalətin bərpasının bariz nümunəsidir. Bu proseslər göstərir ki, vətəndaşların həmrəyliyi və dövlətin məqsədyönlü siyasəti azad edilmiş ərazilərin yenidən qurulmasında əsas rol oynayır.

Heydər Əsədov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see313

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see227

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see226

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see225

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see201

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see158

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see155

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see153

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see152

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see149

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see140

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see138

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see138

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see137

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see136

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see134

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see133

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see132

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see131

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri