Icma.az
close
up
RU
Kəlbəcərdə ən hündür külək elektrik stansiyasının təməli qoyulub

Kəlbəcərdə ən hündür külək elektrik stansiyasının təməli qoyulub

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kəlbəcərdə yüksək hündürlükdə ilkin gücü 240 MVt olacaq külək elektrik stansiyasının (KES) təməli qoyulub.

"Report" Türkiyənin "Baltech Green LLC" şirkətinə istinadən xəbər verir ki, bununla Kəlbəcərin külək potensialının ölçülməsi prosesi başlayıb.

Hazırda iki küləkölçmə dirəyi işləyir və məlumat toplayır. Qısa zamanda onlara sahənin potensialını daha dəqiq qiymətləndirməyə imkan verəcək lidar sistemi də əlavə olunacaq.

Layihə "Kalbajar Energy" MMC birgə müəssisəsi tərəfindən həyata keçirilir.

Xatırladaq ki, ötən il noyabrın 20-də COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, "Clean Energy Invest" MMC (AGEC-in törəmə şirkəti) və "Baltech Green" MMC arasında Kəlbəcər KES-in inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu unikal layihə dəniz səviyyəsindən 3 100 metr yüksəklikdə həyata keçiriləcək və ən hündür KES olacağı gözlənilir. "Clean Energy Invest" və "Baltech Green" layihə üçün birgə müəssisə yaradıblar.

İlkin gücü 240 MVt olacaq KES-in 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlayacağı gözlənilir. Layihə gələcəkdə 600 MVt gücə çatmaq potensialına malikdir.

Azərbaycanın gözləntilərinə görə, 2027-ci ilə qədər ölkədə ümumi gücü təxminən 2 QVt olan səkkiz sənaye günəş və külək elektrik stansiyası tikiləcək. Layihələrə ümumi investisiyanın həcmi 2,8 milyard ABŞ dolları qiymətləndirilir və onlar xarici və yerli investisiyalar hesabına maliyyələşdiriləcək.

Bu planların həyata keçirilməsi hər il 5,3 milyard kVt/saat "yaşıl enerji" istehsalına, elektrik şəbəkəsində bərpa olunan enerjinin payının 32,6 %-ə çatdırılmasına, ildə 1,2 milyard kubmetr qaza qənaət edilməsinə, istixana qazlarının tullantılarının 2,5 milyon ton azaldılmasına imkan verəcək.

2030-cu ilə qədər Azərbaycan bərpa olunan enerjinin quraşdırılmış gücünü 6 QVt-a çatdırmaq niyyətindədir ki, bunun da 4 QVt-ının ixraca yönəldilməsi planlaşdırılır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri