Icma.az
close
up
RU
Kəlbəcərdə ən müasir infrastruktur qurulur

Kəlbəcərdə ən müasir infrastruktur qurulur

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Bu gün Kəlbəcər şəhər günüdür. Ölkəmizin ən böyük rayonu olan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, Ermənistan onun icrasından yayındı, beynəlxalq təşkilatlar isə sənədin icrasını tələb etmədi. Hətta bütün beynəlxalq prinsiplərə zidd olaraq Ermənistan 1999-cu ildən Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma apardı. 27 il işğal altında qalan Kəlbəcər 2020-ci il 44 günlük Vətən müharibəsində azad olundu.

Müharibənin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdi. Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin azad olunması erməni silahlı qüvvələrinin hərəkətinin bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırılmasına imkan verdi, faktiki olaraq onlar Basarkeçər–Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bununla da Ermənistan ordusu iflic vəziyyətə düşdü.
44 günlük savaş zamanı qazandığımız böyük Qələbə nəticəsində isə Ermənistan üzərinə öhdəlik götürərək, Laçın və Ağdam kimi Kəlbəcəri də Azərbaycana qaytarmağa məcbur oldu. Hətta Azərbaycan humanistlik nümayiş etdirərək Ermənistana əlavə 10 gün də vaxt verdi. Beləliklə, noyabrın 25-də Kəlbəcər boşaldıldı. Amma ermənilər bu müddətdə onlara məxsus olmayan evlərə, meşələrə od vuraraq vandal xislətlərini gizlədə bilmədilər. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu.
Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi.
Vətən müharibəsində Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2021-ci ilin avqustunda Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaltdı. Bütün azad olunmuş ərazilərimiz kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Öz doğma yurduna qayıdan soydaşlarımızın rifahı və təhlükəsiz yaşayışı üçün proqramlar icra olunmaqdadır. İsveçrə layihəsi əsasında bərpa olunan Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.
Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim edib. Bu vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.
Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycan bayrağı Kəlbəcərdə əbədi dalğalanacaq.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri