Icma.az
close
up
RU
Kəlbəcərdə infrastrukturun yenidən qurulur

Kəlbəcərdə infrastrukturun yenidən qurulur

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azad olunmuş ərazilərin dirçəlişi yolla başlayır. Yol olmadan nə tikinti, nə məskunlaşma, nə də iqtisadi həyat mümkündür. Bu həqiqət Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər üçün xüsusilə aktualdır. Sərt relyef, uca dağ aşırımları və uzun qış mövsümü Kəlbəcərə gedən yolu tarix boyu çətinləşdirib. Bu gün isə bölgədə infrastrukturun yenidən qurulması çərçivəsində dağları yaran tunellər və müasir avtomobil yolları inşa olunur. 25 noyabr – Kəlbəcər şəhəri günü münasibətilə bu nəhəng layihələrə nəzər salaq.

Kəlbəcərin əsas nəqliyyat arteriyası Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yol Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq Murovdağ silsiləsini keçir, Kəlbəcər şəhərinə və oradan İstisu kurort zonasına çatır. Yolun ən mürəkkəb hissəsi Murovdağ aşırımıdır. Uzun illər ərzində bu aşırım qışda qar və buzla örtüldüyündən Kəlbəcərlə əlaqəni çətinləşdirirdi. 1993-cü ilin aprelində kəlbəcərlilərin faciəli köçü də məhz bu aşırımlardan keçmişdi.

Problemin köklü həlli üçün Murovdağda 11,6 km uzunluğunda tunelin inşasına başlanıldı. Bu tunelin təməli 2021-ci il avqustun 16-da Prezident İlham Əliyevin Kəlbəcərə ilk səfəri zamanı qoyuldu. Tunel regionun ən uzun mühəndis qurğularından biri olacaq və Kəlbəcərlə ölkənin digər bölgələri arasında ilboyu, hava şəraitindən asılı olmayan rahat əlaqəni təmin edəcək. Murov tuneli ilə yanaşı, yol boyunca digər tunellər də inşa olunur. 2023-cü il mayın 27-də Prezident Toğanalı-Kəlbəcər-İstisu yolunda inşa edilmiş tunellərlə tanış oldu. 2024-cü il sentyabrın 2-də isə layihə çərçivəsində inşa olunan 4-cü tuneldə və yolun 15,2 kilometrlik hissəsində görülən işlərə baxış keçirildi. 2025-ci il avqustun 21-də Prezident yenidən bu yolda görülən işlərlə tanış oldu.

İkinci mühüm layihə Kəlbəcər-Laçın avtomobil yoludur. Bu yol iki azad olunmuş rayonu birləşdirir və bölgədaxili əlaqəni gücləndirir. 2021-ci il avqustun 16-da Kəlbəcər-Laçın yolu üzərində 3,4 km uzunluğunda tunelin təməli qoyuldu. 2022-ci il iyunun 26-da Prezident yolun inşası ilə tanış oldu, 2023-cü ildə isə burada görülən işlərə yenidən baxış keçirildi. Kəlbəcər-Laçın yolu gələcəkdə həm sərnişin, həm də yük daşımaları üçün mühüm marşrut olacaq.

Üçüncü layihə İstisu-Minkənd avtomobil yoludur. 51 km uzunluğunda olan bu yol İstisu kurort zonasını Laçın rayonunun Minkənd kəndi ilə birləşdirir. Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da yeni tikilən bu yola baxış keçirmişdir. İstisu-Minkənd yolu kurort zonasına alternativ giriş imkanı yaradır və turizm potensialının reallaşmasına töhfə verir.

Bu yolların tikintisi mürəkkəb mühəndis işləri tələb edir. Yüksək dağlıq ərazidə, sərt iqlim şəraitində, sürüşmə və uçqun təhlükəsi olan yamaclarda tikinti aparmaq böyük peşəkarlıq istəyir. Tunellərin qazılması müasir texnologiyalar və yüksək ixtisaslı mütəxəssislər tələb edir. Bu layihələr Azərbaycan mühəndisliyinin və inşaat sənayesinin gücünü nümayiş etdirir.

Yol infrastrukturu Kəlbəcərin iqtisadi dirçəlişinin təməl daşıdır. Yeni yollar Kəlbəcərə gedişi xeyli qısaldır, tikinti materiallarının daşınmasını asanlaşdırır və yaşayış məntəqələrinin tikintisini sürətləndirir. Məskunlaşma prosesi də birbaşa yolların vəziyyətindən asılıdır: insanlar o zaman doğma yurda qayıdır ki, orada rahat yaşamaq, işləmək və digər bölgələrlə əlaqə saxlamaq imkanı olsun.

Turizm baxımından da yolların əhəmiyyəti böyükdür. Kəlbəcərin təbii gözəllikləri, İstisu mineral bulaqları, tarixi abidələri, dağ gölləri və yaylaları turistlər üçün böyük maraq doğurur. Lakin bu potensialı reallaşdırmaq üçün rahat və təhlükəsiz nəqliyyat əlaqəsi lazımdır. Murov tuneli istifadəyə verildikdən sonra Kəlbəcərə səyahət daha əlçatan olacaq.

Yollarla yanaşı, enerji, su təchizatı, rabitə və digər mühəndis infrastrukturu da yenidən qurulur. Kəlbəcərdə yarımstansiyalar istifadəyə verilib, kiçik su elektrik stansiyaları fəaliyyət göstərir, yaşayış məntəqələrinə müasir kommunikasiya xətləri çəkilir. Bütün bunlar kompleks yanaşmanın nəticəsidir.

Nəqliyyat infrastrukturunun inkişafı bölgədə təhlükəsizlik baxımından da əhəmiyyətlidir. Yüksək dağlıq ərazidə yerləşən hərbi hissələrin və yaşayış məntəqələrinin etibarlı təchizatı, fövqəladə hallarda operativ reaksiyanın təmin edilməsi məhz müasir yollar sayəsində mümkündür. Qış aylarında aşırımların qarla örtülməsi əvvəllər bölgəni həftələrlə təcrid edə bilirdi. Tunellər istifadəyə verildikdən sonra bu problem birdəfəlik aradan qalxacaq. Yollar boyunca yol kənarı xidmət obyektlərinin, istirahət məntəqələrinin və müşahidə meydançalarının yaradılması da nəzərdə tutulur ki, bu da səyahətçilər üçün əlavə rahatlıq yaradacaq.

Kəlbəcərdə infrastrukturun yenidən qurulması Böyük Qayıdışın əsas şərtidir. İşğal illərində dağıdılmış, baxımsız qalmış yolların yerində bu gün müasir magistrallar salınır. Dağları yaran tunellər həm də simvolik məna daşıyır: Azərbaycan xalqı qarşısına qoyduğu məqsədə çatmaq üçün ən çətin maneələri belə dəf etməyə qadirdir. Kəlbəcər şəhəri günü bu quruculuq əzminin bayramıdır.


Emin Rəhimov, 

YAP M.Füzuli küçəsi, 69 üzrə (FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) ƏPT sədri,  "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun direktor müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri