Kəlbəcərə dəyən ziyan açıqlandı
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kəlbəcər rayonunun işğal olunması nəticəsində Azərbaycan və Azərbaycan xalqının mülkiyyətində olmuş 17 489 əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.
Axar.az xəbər verir ki, bunu Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində açıqlayıb.
Belə ki, Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 147 kənddən ibarət Kəlbəcər rayonunun işğal olunması nəticəsində 48 847 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 17 489 ədəd əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.
Baxış sayı:110
Bu xəbər 07 Fevral 2025 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















