Icma.az
close
up
RU
Kəlbəcərə gedən yol...

Kəlbəcərə gedən yol...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dağlar yenidən nəfəs alır

1993-cü ilin yazında Kəlbəcərdən çıxarılan insanlar təkcə evlərini deyil, kök saldıqları torpağı, uşaqlıq illərini, ata yurdunu itirmişdilər. O köç göz yaşı, qaçış və iztirablı addımlar  idi. Bəzisi qocalarını kürəyində daşıdı, bəzisi körpəsini qucaqlayıb yollara düşdü. Kəlbəcərin yolları o gün sükutun içində çırpınan haraylarla dolmuşdu... Amma xalqımız heç vaxt unutmadı, Kəlbəcəri qəlbində yaşatdı. Kəlbəcər təkcə xəritədə bir yer deyildi, o həsrət, möhnət və ümid idi.

2020-ci ilin Zəfər müjdəsi ilə işğal altında alan digər ərazilərimiz kimi Kəlbəcər də azad edildi. İllər sonra həmin yollar tərsinə çevrilir. Artıq qaçış deyil, qayıdış yoludur bu. Əllərində bağlama yox, ümid daşıyan insanlar Kəlbəcərə köçür. O köç karvanları artıq kədəri deyil, qüruru daşıyır.

Kəlbəcər sakinlərinin sayı 233 oldu

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dünən Gəncə şəhərindən 14 ailə (56 nəfər), Bakı şəhərindən 12 ailə (56 nəfər), Abşeron rayonundan 3 ailə (13 nəfər), Tərtər rayonundan 1 ailə (6 nəfər), Samux rayonundan 1 ailə (4 nəfər), Mingəçevir şəhərindən 1 ailə (4 nəfər), ümumilikdə 32 ailə - 139 nəfər Kəlbəcər şəhərinə köçürülüb.

Beləliklə, dünənki köç də nəzərə alınmaqla Kəlbəcər şəhərinə cəmi 52 ailə (223 nəfər) köçürülüb.

33 il sonra ilk zəng...

15 sentyabr - Bilik Günü münasibətilə 33 illik fasilədən sonra, Kəlbəcərdə ilk dərs zəngi çalınıb. Şəhərdə işğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb. Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib.

Qeyd edək ki, Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə 528 şagird üçün ümumtəhsil orta məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə təhsili üçün emalatxana və 70 yerlik yataqxana nəzərdə tutulub. Təhsil kompleksinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Məktəbdə Bilik Günü münasibətilə təşkil olunan tədbirdə qeyd edilib ki, 32 il məcburi köçkünlüyün ağır sınaqlarını yaşamış soydaşlarımız bu gün qalibiyyətin bəhrəsini görərək doğma torpaqlarında həyatın yenidən bərqərar olmasına şahidlik edirlər.

Kəlbəcər bu gün yenidən dirçəlir. Yeni evlər, məktəblər, yollar, infrastrukturlar, ən əsası isə yenidən doğulan ruhlar. Bir torpaq ancaq insan ayağı dəyəndə, uşaq səsi gələndə, ocaq yandıqda və dua oxunduqda yaşayır. Kəlbəcər indi yaşayır. Çünki o artıq sahibsiz deyil!

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri