Kəlbəcərin 1 ci yaşayış kompleksi sakinlərin istifadəsinə verilib VİDEO
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Kəlbəcər, 22 avqust, Elcan Məmmədov, AZƏRTAC
Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində sakinlər üçün bütün lazımi şərait yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Kəlbəcərə təşkil olunan mediaturda məlumat verilib.
Bildirilib ki, müasir üslubda və yüksək standartlara uyğun inşa olunan yaşayış kompleksindəki mənzillər bütün zəruri xidmətlərlə təmin olunub. Yaşayış binalarının həyətində sakinlərin istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif məkanlar yaradılıb, qurğular inşa olunub.
Qeyd edək ki, avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 22 Avqust 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















