Icma.az
close
up
RU
Kəlbəcərin bərpası üçün geniş və kompleks planlar həyata keçirilir

Kəlbəcərin bərpası üçün geniş və kompleks planlar həyata keçirilir

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


25 Noyabr Azərbaycanda rəsmi olaraq "Kəlbəcər Şəhəri Günü" kimi qeyd edilir. Bu gün 2020-ci ildə imzalanan üçtərəfli sülh müqaviləsinə əsasən, Kəlbəcər rayonu Ermənistan Silahlı Birləşmələrindən azad edilərək Azərbaycan Silahlı Qüvvələrinə təhvil verildiyi gündür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə bu tarix Kəlbəcər şəhəri günü kimi təsis olunmuş və hər il 25 noyabr Kəlbəcər şəhərinin azad edilməsinin və tarixi qələbənin şərəfinə təntənəli şəkildə qeyd olunur.
Kəlbəcər rayonu Azərbaycanın qədim tarixə malik olan, zəngin arxeoloji və təbii sərvətlərlə dolu bir bölgəsidir. Həmçinin, 25 noyabrın qeyd olunması ölkə tarixində böyük və şərəfli bir gün olaraq, Kəlbəcərin 27 illik işğaldan azad edilməsi kimi yüksək əhəmiyyət kəsb edir. Bu gün ölkədə müxtəlif rəsmi və ictimai tədbirlərlə, həmçinin Kəlbəcər rayonunun sosial-iqtisadi və mədəni həyatının təşviqi yönündə proqramlarla qeyd olunur.
Kəlbəcərin bərpası üçün geniş və kompleks planlar həyata keçirilir. Azərbaycan hökumətinin 2024-cü il 1 may tarixli qərarı ilə təsdiq olunan "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan" bölgədə həyatın bütün sahələr üzrə yenidən qurulmasını nəzərdə tutur. Bu plana əsasən, Kəlbəcər şəhərinin ərazisi 130 hektardan 290 hektara genişlənəcək, əhalisi isə 7,500-dən 17,000 nəfərə yüksələcək, 4,250 mənzil inşa olunacaq. Şəhərdə orta mərtəbəli çoxmərtəbəli binalar, fərdi yaşayış evləri, müasir sosial infrastrukturlar və ekoloji dayanıqlı yaşayış mühiti yaradılacaq.
2026-cı ilədək 1 şəhər, 1 qəsəbə və 13 kənd olmaqla, 15 yaşayış məntəqəsinin bərpası nəzərdə tutulur. Bölgədə genişmiqyaslı tikinti və abadlaşdırma işləri aparılır, müasir məktəblər, uşaq bağçaları, kommunal xidmət obyektləri inşa olunacaq. İnfrastruktur layihələri çərçivəsində Kəlbəcər-Qorçu (Laçın) yolu və Murovdağ tuneli kimi mühüm nəqliyyat layihələri reallaşdırılır, bu da turizm və iqtisadi inkişafı sürətləndirəcək. Enerji müstəqilliyinin təmin edilməsi məqsədilə bölgədə yeni su elektrik stansiyaları tikilir. Kəlbəcərdə dağ-mədən sənayesi, turizm və digər sahələr üçün sərmayə cəlb olunması planlaşdırılır, iqtisadiyyatın əsas sahələrinin inkişafı üçün şərait yaradılır.
Ümumilikdə, Kəlbəcərin bərpası böyük dövlət dəstəyi ilə sürətlə davam edir və 2040-cı ilə qədər tam dayanıqlı, müasir yaşayış və iqtisadi mərkəz kimi formalaşması planlaşdırılır.
Əlirza Abdullayev
YAP Yevlax Rayon Təşkilatının fəalı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri